Məhkəmə qərarları › İş №8(5-148)-52/2026

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-52/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-52/2026 24.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, X8 qızının katibliyi, Borclu iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsinə dair təqdimatına məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(053)-482/2023 saylı icra sənədinə əsasən iddiaçı Tələbkar, uşaqları – 05 may 2010-cu il təvəllüdlü X3 və 20 dekabr 2014cü il təvəllüdlü X5 ilə birlikdə Neftçala rayonu, 1-ci Qaralı kəndində yerləşən Borclu yaşadığı fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Borclu 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi müəyyən edilmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Neftçala Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(053)-482/2023 saylı icra sənədinə əsasən Tələbkar, uşaqları – 05 may 2010-cu il təvəllüdlü X3 və 20 dekabr 2014-cü il təvəllüdlü X5 ilə birlikdə Neftçala rayonu, 1-ci Qaralı kəndində yerləşən Borclu yaşadığı fərdi yaşayış evinə köçürülməlidirlər. Habelə Borclu 100 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Tələbkar 10 fevral 2026-cı il tarixdə Neftçala rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək "birgə nikah dövründə inşa edilmiş yaşayış evinə çəkilən xərclərin bölgüsü və evə köçürülmə" tələbindən imtina etdiyini bildirib, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.1-ci maddəsinə əsasən Neftçala Rayon Məhkəməsinin 21 avqust 2023cü il tarixli, 2(053)-482/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu tələbkarla aralarında razılığa gəldiklərini bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 və Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq оnlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Odur ki, məhkəmə işə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun və tələbkarın iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etdi. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İşdə olan Neftçala Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(053)- 482/2023 saylı icra sənədindən görünür ki, Tələbkar, uşaqları – 05 may 2010-cu il təvəllüdlü X3 və 20 dekabr 2014-cü il təvəllüdlü X5 ilə birlikdə Neftçala rayonu, 1-ci Qaralı kəndində yerləşən Borclu yaşadığı fərdi yaşayış evinə köçürülməlidirlər. Habelə Borclu 100 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İşdə olan Tələbkar 10 fevral 2026-cı il tarixli ərizəsindən görsənir ki, Tələbkar “birgə nikah dövründə inşa edilmiş yaşayış evinə çəkilən xərclərin bölgüsü və evə köçürülmə" tələbindən imtina etdiyini bildirərək Neftçala Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(053)-482/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi Tələbkar “birgə nikah dövründə inşa edilmiş yaşayış evinə çəkilən xərclərin bölgüsü və evə köçürülmə" tələbindən imtina etmiş və bu imtina məhkəmə tərəfindən qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli və Neftçala Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(053)-482/2023 saylı icra sənədi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(053)-482/2023 saylı icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar