Məhkəmə qərarları › İş №8(5-148)-55/2026

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-55/2026

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-55/2026 26.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Tələbkar iştirakı ilə Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şirvan Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli e-2-2(121)- 1501/2025 nömrəli icra sənədinə əsasən Borclu 57.700 manat məbləğində pul və 300 manat vəkilə hüquqi yardıma görə çəkilən xərc tutularaq Tələbkar ödənilməli, borcludan 263,10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1501/2025 nömrəli icra sənədinə əsasən Borclu 57.700 manat məbləğində pul və 300 manat vəkilə hüquqi yardıma görə çəkilən xərc tutularaq Tələbkar ödənilməli, borcludan 263,10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan icra sənədi 26 noyabr 2025-ci il tarixində Neftçala rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, iş üzrə icraata başlanılmış, tələbin könüllü icra olunması ilə əlaqədar borcluya qərar və bildiriş təqdim olunmuşdur. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamışdır. Borclu borcunun olduğu əsas götürülərək ölkə ərazisini tərk edə biləcəyi ehtimalı yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsaslanaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Tələbkar təqdimata məhkəmədə baxılması zamanı təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu və Neftçala Rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, Azərbaycan Respublikası MPM-nin 231.3 və 231.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Məhkəmədə müəyyən olunur ki, Şirvan Kommersiya Məhkəməsinin 03 sentyabr 2025-ci il tarixli e-2-2(121)-1501/2025 nömrəli icra sənədinə əsasən Borclu 57.700 manat məbləğində pul və 300 manat vəkilə hüquqi yardıma görə çəkilən xərc tutularaq Tələbkar ödənilməli, borcludan 263,10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Borclu borcunu ödəməkdən yayınır və onun ölkə ərazisini tərk etməməsi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır». «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən «Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir». Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən «Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir». Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən, habelə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1980-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar