Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 8(5-148)-56/2026 20.02.2026 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, Tələbkar Neftçala Rayon Məhkəməsinin 2(053)-832/2016 nömrəli iş üzrə 12 noyabr 2016cı il tarixli məhkəmə əmri ilə tutulmuş pul məbləğinin indeksasiyası ilə bağlı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Neftçala Rayon Məhkəməsinin 2(053)-832/2016 nömrəli iş üzrə 12 noyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən “xx.xx.1983-cü ildə Neftçala rayonu, Xıllı səsəbəsində anadan olmuş və Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan İsayeva (Musayeva) Pərvanə Eyvaz qızı, xx.xx.1988-ci ildə Neftçala rayonu, Xıllı səsəbəsində anadan olmuş və Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan X1 və xx.xx.1959-cu ildə Salyan rayonu, Arbatan kəndində anadan olmuş və Neftçala rayonu, Xıllı qəsəbəsində yaşayan Borclu2 kreditor «Sunny Electronics» mağazasının sahibi Tələbkar xeyrinə kredit müqaviləsinə əsasən əsas borc üzrə 430 manat və 172 manat cərimə borcu, 20 (iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 622 (altı yüz iyirmi iki) manat məbləğində borc” tutulmalıdır. Məhkəmə əmri qüvvəyə minmiş və icraya yönəldilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)-832/2016 nömrəli mülki iş üzrə 12 noyabr 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş 622 manat məbləğində pulun indeksləşdirilərək 2016-cı ilin noyabr ayından 2025-ci ilin dekabr ayınadək 152,90 faiz artımı nəzərə alaraq cəmi 1.573,04 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsini xahiş etmişdir. Ərizə məhkəməyə 17 fevral 2026-cı ildə daxil olub. 20 fevral 2026-cı ildə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə münasibət bildirilmədən geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 13.4 və 13.5-ci maddələrinə əsasən «Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir», «Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür». İşin faktik hallarını, o cümlədən indeksasiya ilə bağlı verilmiş ərizənin geri qaytarılması ilə bağlı birbaşa tənzimlənən prosessual hüquq normasının mövcud olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı münasibətlə bağlı analogiya üzrə Azərbaycan Respublikası MPM-nin iddia ərizəsinin qaytarılmasının əsasları məsələlərini tənzimləyən 152-ci maddəsinə müraciət olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 152.1.9-cu maddəsinə əsasən «iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.9, 263, 264, 266 – 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar Neftçala Rayon Məhkəməsinin 2(053)-832/2016 nömrəli iş üzrə 12 noyabr 2016-cı il tarixli məhkəmə əmri ilə tutulmuş pul məbləğinin indeksasiyası ilə bağlı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №8(5-148)-56/2026
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №8(5-148)-56/2026
20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver