Məhkəmə qərarları › İş №8(5-149)-12/2026

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-149)-12/2026

18.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(5-149)-12/2026 18.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Borclu iştirakı ilə Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X6 adlı uşaqlar yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün ərizəçi-Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının (2024-cü il üçün minimum əməkhaqqı 340 manat, 190/340=0,55) 0,55 misli həddində (indeksasiya) sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Borclu ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X5 və xx.xx.2019-cu il tarixdə X6 adlı övladları anadan olmuşdur. Aralarında olan problemlər səbəbindən Borclula olan nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-365/2024 nömrəli qətnaməsi ilə pozulmuş və birgə nikahından anadan olmuş Yağmur və Elcan adlı uşaqları Tələbkar yanında qalması müəyyən edilmiş və və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi müəyyən edilmişdir. Hazırda uşaqları ilə birlikdə Oğuz şəhərində yaşayır, uşaqları azyaşlı olduğundan işləyə bilmir. Maddi cəhətdən çətinlik çəkir, himayəsində olan uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. Uşaqların təhsil, geyim və digər xərcləri çoxdur, ona görə də müəyyən edilən aliment tələb olunan xərcləri ödəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada tələbkar X3 və Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq tələbkar və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirdi ki, hazırda qeyri-rəsmi şəkildə sürücü işləyir. Onun "xxxx" ASC və "xxxx" ASC-yə də kredit borcu vardır və aylıq kredit ödənişlərini ödəmək məcburiyyətindədir. İşləri zəif olduğundan aliment borcunu da ödəyə bilmir. O, yenidən ailə qurmaq istəyir, lakin maddi imkansızlıqdan ailə qura bilmir. Aliment ödənişləri ilə bağlı bəzən gecikmələr olsa da, hazırda aliment borcu 310 (üç yüz on) manat təşkil edir. O, aliment məbləğinin azaldılmasını istəyir. O, həmçinin övladlarını da görə bilmir. Qeyd etdiklərini nəzərə almaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, borclunun izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)- 365/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında 19 iyul 2017-ci il tarixdə Oğuz rayon Padar kənd icra nümayəndəliyində 08 sayla qeydə alınmış nikah pozulması, birgə nikahdan 10 iyun 2018-ci il tarixdə anadan olmuş X5 və 13 noyabr 2019-cu il tarixdə anadan olmuş X4 iddiaçı Tələbkar himayəsində saxlanılması, nikahın pozulması haqqında şəhadətnamə verilərkən cavabdeh Borclu 20 (iyirmi) manat dövlət rüsumunun alınması, iddiaçı Tələbkar bu xərcdən azad edilməsi, cavabdeh Borclu qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq, 10 iyun 2018-ci il tarixdə anadan olmuş X2 və 13 noyabr 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə verilməsi, Oğuz Rayon Məhkəməsinin 2(054)-365/2024 saylı, 03 iyun 2024-cü il tarixli qərardadının icrası nəticələri də nəzərə alınmaqla alimentin bu qaydada tutulmasının 01 may 2024-cü il tarixdən hesab edilməsi qət edilmişdir. Ərizənin baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən edilir ki, Borclu Tələbkar xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutulmuşdur və hazırda tələbkar tutulan alimentin miqdarının indekasasiya edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmişdir. Göründüyü kimi, 2024-cü ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmiş, məhkəmə tərfindən uşağın saxlanması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,55 (190:345) mislini təşkil etmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2026-cı ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşaqların böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-365/2024 saylı qətnaməsi ilə təsdiq edilmiş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-365/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2026-cı il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-365/2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2026-cı il tarixdən başlanılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar