Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(5-149)-14/2026 18.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Borclu ilə birgə rəsmi nikahlarından anadan olmuş xx.xx.2013-cü il əvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Oğuz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-286/2025 saylı qətnaməsi ilə qət edilmiş 0,25 misli həddində sabit pul alimentin məbləğinin yenidən indeksasiya edilməsi və indeksasiyaya uyğun olaraq icrasının təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, Tələbkar alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunması haqda qərardad qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Qeyd edilən normanın məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Hazırki işin materiallarından isə görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2 (054) - 286 / 2024 saylı qətnaməsi ilə Cumayeva (Əzizova) Lalə Namiq qızından xx.xx.2025-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X2, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Yəni, həmin qətnamə ilə aliment konkret məbləğlə deyil, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,25 misli ilə ifadə edilmişdir. Qanunvericilikdə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin müəyyən misli həddində müəyyən edildikdə məbləğin yenidən indeksasiyası nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, bu cür ərizələr daxil olduqda, ərizənin yolverilməzliyinə görə qəbul olunmasından imtina olunmasını müəyyən edən konkret norma olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtinaya dair münasibətləri nizama salan hüquq norması tətbiq edilərək, iddiaçının mövcud ərizəsi iddianının yolverilməzliyinə görə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qeyd olunan əsaslara görə Tələbkar oğlunun ərizəsindən iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim : Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(5-149)-14/2026
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-149)-14/2026
18.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver