Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(5-149)-2/2026 29.01.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Borclu Hümbət oğlunun iştirakı ilə, Ərizəçi Tələbkar Borclu Hümbət oğluna qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu Hümbət oğluna qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-424/2019 nömrəli qətnaməsinə əsəasən Borclu Hümbət oğlundan xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün maraqlı şəxsdən tutulan hər ay 90 (daxsan) manat sabit pul məbləğində aliment 2025-ci ildə Azərbaycan Respublikasında müəyyən olunmuş 400 (dört yüz) manat minumum əmək haqqının 0.36 misli həddində indeksasiya olunmaqla hər ay, 144 (bir yüz qırx dörd) manat müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)- 424/2019 nömrəli qətnaməsi ilə onun maraqlı şəxslə aralarında bağlanmış və Oğuz rayon Xalxal kənd İcra Nümayəndəliyində 29 yanvar 2001-ci il tarixdə 02 sayla qeyd edilmiş nikahdan anadan olmuş 09 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxsdən hər ay 90 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul olunan zaman, yəni 2019-cu ilin sentyabr ayından Azərbaycan Respublikasında minimum əmək haqqı 250 manat olmuşdur. 2025-ci ildə isə Azərbaycan Respublikasında minimum əmək haqqı 400 (dörd yüz) manat müəyyən edilmişdir. Ona ödənilməli olan aliment məbləğinin təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2019-cu ildə qəbul edilmişdir. Həmin tarixdə Azərbaycan Respublikasında minimum əmək haqqı 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Bu il isə minimum əmək haqqı artırılaraq yanvarın 1-dən 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının minimum əmək haqqı 250 manat məbləğində olarkən, yəni 2019-cu ildə himayəmdə saxlanılmış uşağımın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşaq üçün 90 (doxsan) manat, yəni həmin il üçün minimum əmək haqqının 0.36 misli həddində təyin edilmişdir. 2025-ci ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 400 (dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə azyaşlı uşağımın saxlanması üçün 2024-cü ildə müəyyən edilən aliment məbləğinin indeksasiya edilməklə 400 x 0.36 = 144 manat həddində müəyyən edilməlidir. Buna görə də ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırkı ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Tələbkar və Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq tələbkar və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, tələbkar məhkəmə iclasının mənim iştirakım olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, ərizəyə tələbkarın və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu Hümbət oğlu izahat verərək bildirdi ki, o, Vətən Müharibəsi iştirakçısı olduğuna görə 80 manat müavinət alır və 5 ildir ki kartı tələbkardadır. Hazırki vəziyətdə isə alimentin indeksasiya edilməsinə etiraz etmir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)- 424/2019 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Borclu Hümbət oğlundan hər ay hər uşaq üçün 90 (doxsan) manat - cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq 16 dekabr 2001-ci il tarixdə anadan olmuş X3, 14 aprel 2003-cü il tarixdə anadan olmuş X2 və 09 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Ərizənin baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən edilir ki, məhkəmə qətnaməsi əsasında Borclu Hümbət oğlundan Tələbkar xeyrinə qazancından və başqa gəlirlərindən hər ay hər uşağa görə 90 manat olmaqla sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş 16 dekabr 2001-ci il tarixdə anadan olmuş X3 və 14 aprel 2003-cü il tarixdə anadan olmuş X2 artıq yetkinlik yaşına çatmışlar. Hazırda tutulan alimentin miqdarı 09 iyul 2009-cu il tarixdə anadan olmuş X1 bütün tələbatlarının ödənilməsi üçün kifayət etməməsi əsası ilə tələbkar indekasasiya edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, 2025-ci ildən ölkə üzrə minimum əmək haqqının məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir. 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 90 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2026-cı ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,36 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Məhkəmə qeyd edir ki, 2019-cu il sentyabr ayından 2022-ci ilin yanvar ayınadək ölkə üzrə minimum əmək haqqı 250 manat təşkil etmişdir. Göründüyü kimi, 2019-cu ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 250,0 manat təşkil etmiş, məhkəmə tərfindən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün Borclu Hümbət oğlunun qazancından və başqa gəlirlərindən hər ay uşağa görə 90 manat olmaqla sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,36 (90:250) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2026-cı ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2025-ci il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-424/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün üçün, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-424/2019 nömrəli qətnaməsi ilə Borclu Hümbət oğlundan Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2026-cı il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(054)-424/2019 nömrəli qətnaməsi ilə Borclu Hümbət oğlundan Tələbkar xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2026-cı il tarixdən başlanılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(5-149)-2/2026
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-149)-2/2026
29.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver