Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(5-149)-3/2026 04.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 2(039)-1112/2023 saylı xx.xx.2023-cü il tarixli və Oğuz Rayon Məhkəməsinin 2(054)-305/2023-020 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hər ay 320 manat sabit pul məbləğində alliment və Oğuz rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-305/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cehiz və qızıl-zinət əşyalarının dəyəri olan 2985 (iki min doqquz yüz səksən beş) manat və 48.85 (qırx səkkiz manat,səksən beş qəpik) manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Oğuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün və dərhal müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyati təşkilatlara sorğular göndərilmiş və nəticədə tələbin yönəldilə bilinəcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Qeyd oluna icra sənədləri üzrə borclu bir neçə dəfə inzibati həbs olunmasına və tələblər borclu tərəfindənn qərəzli olaraq icra edilmədiyi üçün tələbkar X6 bir neçə dəfə Oğuz rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək qeyd olunan iki icra sənədi üzrə borc məbləği ona tam şəkildə ödənilənədək bütün məcburi icra hərəkətlərinin aparılmasını xahiş etmişdir. Həmin tarixdən bu vaxta kimi hər iki icra sənədinin icrası borclu təreəfindən tam şəkildə təmin olunmamış və bu ayda daxil olmaqla qalıq borc məbləği 7415 manat təşkil etməkdədir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Borclu və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)- 1112/2023-007 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, icra sənədi üzrə Borclu hər ay xx.xx.2016-ci il tarixində anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat və xx.xx.2019-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat, cəmi 320 manat məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)- 1112/2023-007 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2024-cü il tarixdə borcluya çatdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “eyni borclu barəsində olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Borclu barəsində olan Yevlax rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-1112/2023-007 saylı xx.xx.2023-cü il tarixli, Yevlax rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)305/2023 saylı xx.xx.2023-cü il tarixli, Oğuz rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-305/2023-20 saylı xx.xx.2023-cü il tarixli və Oğuz rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-305/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-305/2023-020 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu qiyməti 350 manat olan 1 ədəd Koreya istehsalı, LG LED markalı, 72 diaqonallı televizordan ibarət cehiz əmlakı, Rusiya istehsalı olan, 583 əyarlı, 3,8 qram çəkidə 1 ədəd aypara formasında ətrafı brilyant qaşlarla bəzədilmiş nişan üzüyü- ümumi qiyməti 323 manat, Türkiyə istehsalı olan, 585 əyarlı, 9,2 qram çəkidə paxlava formalı, fianit qaşlarla bəzədilmiş sırğa-üzük dəsti- ümumi qiyməti 782 manat, Türkiyə istehsalı olan, 585 əyarlı, 18 qram çəkidə boyunbağı və qolbağıdan ibarət zəncirvarı formada qızıl dəst (komplekt)-ümumi qiyməti 1530 manat, cəmi dəyəri 2635 manatdan ibarət qızılzinət əşyaları naturada, əşyalar naturada mövcud olmadıqda qızıl-zinət əşyalarının dəyəri 2635 manat və televizora görə 350 manat, cəmi 2985 (iki min doqquz yüz səksən beş) manat, ödənilmiş dövlət rüsumuna görə 49,85 (qırx doqquz manat səksən beş qəpik) manat alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-305/2023- 020 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar imzalanaraq rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2024-cü il tarixdə borcluya çatdırılmışdır. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılması məqsədi ilə “Elektron icra” informasiya sistemi vasitəsi ilə sorğular verilmişdir. Mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmiş, tələbin yönəldilə biləcəyi əmlakların olmamasını müəyyən etmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumataxtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1112/2023 saylı xx.xx.2023-cü il tarixli və Oğuz Rayon Məhkəməsinin 2(054)-305/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə xx.xx.1987-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Rəşad Əliyev
Məhkəmə qərarları › İş №8(5-149)-3/2026
Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-149)-3/2026
04.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver