Məhkəmə qərarları › İş №8(5-149)-5/2026

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-149)-5/2026

05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(5-149)-5/2026 05.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Borclu iştirakı ilə Ərizəçi Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(054)-360/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə Borclu himayəsində olan 03 iyun 2008-ci il tarixdə anadan olmuş X6 və 15 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manatdan az olmamaqla alimentin 2026-cı ildə Azərbaycan Respublikasında müəyyən olunmuş 400(dörd yüz) manat minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, o, 18 iyun 2007-cu il tarixdə Oğuz rayon İcra Hakimiyyətinin Bucaq kənd İcra Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə cavabdeh Borclu ərə getmişdir. Onunla rəsmi nikahda olduqları müdətdə 03 iyun 2008-ci il təvəllüdlü X6 və 15 avqust 2015ci il təvəllüdlü X3 adlı iki uşağı olmuşdur. Aralarında yaranan narazılıq əsasında nikahları Oğuz Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 2 (054) 1904/2016 saylı qətnaməsi ilə pozulmuş, nikahın pozulmasından sonra 03 iyun 2008-ci il tarixdə anadan olmuş X6 və 15 avqust 2015-ci il tarixdə anadan olmuş X3 adlı uşaqlarının onun himayəsində qalmaları qət edilmişdir. Hər iki uşağı hazırda da onun himayəsindədirlər. Oğuz Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 2(054)-171/2019 nömrəli qətnaməsi ilə cavabdeh Borclu hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 240(iki yüz qırx) manat sabit pul məbləğindən az olmamaqla aliment alınaraq 03 iyun 2008-ci il təvəllüdlü X6 və 15 avqust 2015-ci il təvəllüdlü X3 adlı iki uşağının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ona verilməsi müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(054)-360/2024 nömrəli qətnaməsi ilə cavabdeh Borclu hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manatdan az olmamaqla aliment tutularaq 03 iyun 2008-ci il təvəllüdlü X6 və 15 avqust 2015-ci il təvəllüdlü X3 adlı iki uşağının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün ona verilməsi müəyyən edilmişdir. Ona ödənilməli olan aliment məbləğinin təyin edilməsi ilə bağlı son məhkəmə qərarı 2024-cü ildə qəbul edilmişdir. Həmin tarixdə Azərbaycan Respublikasında minimum əmək haqqı 345(üç yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir. 2026-ci ildə isə minimum əmək haqqı artaraq 400(dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat məbləğində olarkən, yəni 2024-cü ildə himayəsində saxlanılmış uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160(bir yüz altmış) manat, yəni həmin il üçün minimum əmək haqqının 0,46 misli həddində təyin edimişdir. 2026-cı ildə Azərbaycan Respublikasında minimum əmək haqqı 400(dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyə görə uşaqları Röya və Bəhramın saxlanmaları üçün 2024-cü ildə müəyyən edilən aliment məbləğinin indeksasiya edilməklə 400 x 0,46 184 manat həddində müəyyən edilməlidir. Buna görə də ona ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsi zərurəti yarandığından hazırkı ərizə ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Tələbkar və Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq tələbkar və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Tələbkar ərizəsində işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək göstərdi ki, onun maddi vəziyyətində heç bir dəyişiklik yoxdur. Aliment ödənişi onun pensiyasının 70 %-ə yönəldilmişdir və o sadəcə 108 manat pensiya alır. Ona dövlət tərəfindən verilmiş evi də o, tələbkara vermişdir. Həmin evi tələbkar kirayəyə vermişdir. Eyni zamanda o, 10 ildir ki övladlarını da görmür. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 360 / 2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh Borclu qazancının və başqa gəlirlərinin 1/3 hissəsi middarında, lakin hər ay hər uşaq üçün 160 manatdan az olmamaqla aliment (vəsait) tutularaq 03 iyun 2008-ci il tarixdə anadan olmuş X2 və 15 avqust 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Ərizənin baxılması ilə bağlı araşdırılmış hallardan müəyyən edilir ki, məhkəmə qətnaməsi əsasında Borclu Tələbkar xeyrinə qazancından və başqa gəlirlərindən hər ay qazancın və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda tutulan alimentin miqdarı uşaqların bütün tələbatlarının ödənilməsi üçün kifayət etməməsi əsası ilə tələbkar indekasasiya edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanması üçün borcludan alimentin tutularaq tələbkara verilməsi müəyyən edilsə də, hazırda ölkə üzrə yaşayış minimumu məbləğinin artmasını nəzərə alaraq tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasının tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülkü Prossesual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə uyğun olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad edilmə qaydasını nəzərdə tutmuşdur. Həmin məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Eyni zamanda qüvvədə olan məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğindən az olmamaqla aliment müəyyən edilmiş olsa da, “Elektron məhkəmə” İnformasiya sistemindən borclunun gəlirləri barədə çıxarışdan görünür ki, borclunun iş yeri yoxdur. Hazırki vəziyyətdə borclu cəmi 763,86 manat pensiya alsa da, həmin məbləğin üçdə biri cəmi 320 manat məbləğindən az olduğundan və borclunun rəsmi müəyyən edilə bilən başqa gəlirləri olmadığından onun qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment ödəməsi mümkün görünmür. Həmçinin göründüyü kimi məhkəmə qətnaməsi ilə Borclu tutulan alimentin miqdarı hər ay hər uşaq üçün 160,0 manatdan az olmamaqla tutulması göstərilmişdir. Göründüyü ki, məhkəmənin qətnaməsi ilə Borclu üçün hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında alimentin tutulması göstərilsə də bu hər ay hər uşaq üçün 160,0 manatdan az olmamalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tutulmalı olan alimentin minimum məbləği müəyyən olunduğundan, həmin minumum tutulmalı olan alimentin məbləği indeksləşdirilməlidir. Məhkəmə qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə minimum əmək haqqı 345 manat təşkil etmişdir. Göründüyü kimi, 2024-cü ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmiş, məhkəmə tərfindən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün Borclu qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğindən az olmamaqla aliment tutulması qət edilmişdir ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,46 (160:345) mislini təşkil etmişdir. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2026-cı ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazır ki, ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən ərizə qismən dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları, həmçinin ölkə üzrə minimum əmək haqqının və 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu məbləğinin artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2 (054) - 360 / 2024 saylı qətnaməsi ilə müəyyən olunmuş minimum alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün üçün, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 360 / 2024 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə tutulan hər ay qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarında, lakin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğindən az olmamaqla olan hissəsində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində indeksasiya olunmalı, alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2026-cı-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (054)-387/2020 saylı qətnaməsi ilə Borclu Tələbkar xeyrinə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğindən az olmamaqla tutulmalı olan hissəsi sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 (hər uşaq üzrə ayrıayrılıqda) misli həddində indeksasiya olunsun. Alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2026-cı-ci il tarixdən başlanılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar