Məhkəmə qərarları › İş №8(5-149)-7/2026

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №8(5-149)-7/2026

12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 8(5-149)-7/2026 12.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyül icra məmuru X1, Tələbkar, Borclu iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 2(054)-11/2025-020 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyül icra məmuru X3 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyül icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Oğuz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(054)-11/2025-020 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.23 misli həddində aliment tutularq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Oğuz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərk qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş və icra sənədində olan tələbin icrası dərhal tələb edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb borclu tərəfindən dərhal təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, nəticədə tələbin yönəldilə bilinəcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış və bu ayda daxil olmaqla aliment borcu 5796 manat təşkil edir. Tələbkar xx.xx.2025-ci il tarixdə Şöbəyə ərizə ilə müraciət edərək qeyd olunan icra sənədi üzrə borc məbləği ödənilib qurtaranadək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməsini xahiş etmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyül icra məmuru X3 təqdimatın məzmununa uyğun izahat verərət təqdimatın təmin edilməsini xahiş etdi. Tələbkar da məhkəmə iclasında izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, heç yerdə işləmədiyindən aliment ödənişini də həyata keçirə bilmir. O, hazırda xəstə bibisinin yanında qalır və ona baxır. Həmçinin uşaqlar da onunla görüşmək istəmirlər. Təqdimat barədə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 2(054)-11/2025-020 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu qazancından və başqa gəlirlərindən sonrakı artımlar da nəzərə alınmaqla hər ay 2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqının 0,23 misli həddində sabit pul məbləğində aliment tutularaq, xx.xx.2007-ci il tarixdə anadan olmuş X4, xx.xx.2008-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Həmçinin iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2025-ci il tarixdə borcluya çatdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Borclu barəsində həmin tarixdə axtarış elan edilmiş və icra edilməsi Oğuz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarından görünür ki, borclunun əmlak vəziyyəti yoxlanılması məqsədi ilə müvafiq orqanlara, eləcə də “Elektron icra” informasiya sistemi vasitəsi ilə sorğular verilmişdir. Mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ««İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumataxtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Oğuz Rayon Məhkəməsinin 2(054)-11/2025-020 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.1985-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar