Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(5-150)-39/2026 12.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 iştirakı ilə, X1 Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2(055)-995/2025 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2(055)-995/2025 saylı qətnaməsinə əsasən 14 iyul 2025-ci il tarixdən başlayaraq 24 iyun 2022-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X5 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmasını qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2(055)-995/2025 nömrəli qətnaməsinə əsasən hər ay bir uşağa görə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində (200 manat) sabit pul məbləğində alimentin həcmi artırılaraq bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə ərizəçinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. İş materiallarından görünür ki, X1 indeksasiya olunmasını xahiş etdiyi Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2(055)-995/2025 saylı qətnaməsi üzrə müəyyən olunmuş aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində müəyyən olunmuşdur. Qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan aliment konkret məbləğlə ifadə edildiyi hallarda, aliment məbləği indeksasiya oluna bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2(055)-995/2025 nömrəli qətnaməsinə əsasən misli həddində müəyyən olunmuş alimentin məbləğinin yenidən indeksasiya olunması mümkün deyildir. Ona görə də, X5 ərizəsi təmin edilməməlidir. X6 izah edilir ki, aliment məbləğinin artırılması ilə bağlı iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2(055)-995/2025 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş aliment məbləğinin indeksaiayasına dair X5 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(5-150)-39/2026
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-150)-39/2026
12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver