Məhkəmə qərarları › İş №8(5-150)-68/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-150)-68/2026

12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(5-150)-68/2026 12.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(055)-781/2025 saylı qətnaməsi əsasında verilmiş 06 oktyabr 2025-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(055)-781/2025 saylı qətnaməsi üzrə verilmiş 06 oktyabr 2025-ci il tarixli icra sənədinə əsasən Borclu 1500 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 manat alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu 1500 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 manat alınaraq tələbkar X2 xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli icra sənədi 09 oktyabr 2025-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə bildiriş Borclu göndərilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Hazırki vaxtadək Borclu tərəfindən tələb ödənilmədiyi üçün onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin əmlaka yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(055)-781/2025 saylı qətnaməsi üzrə verilmiş 06 oktyabr 2025-ci il tarixli icra sənədindən görünür ki, Borclu 1500 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu, cəmi 1535 manat alınaraq tələbkar X2 xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(055)-781/2025 saylı qətnaməsi üzrə verilmiş 06 oktyabr 2025-ci il tarixli icra sənədi 09 oktyabr 2025-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraata başlanılmışdır. İşdə olan 09 oktyabr 2025-ci il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(055)-781/2025 saylı qətnaməsi üzrə verilmiş 06 oktyabr 2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(055)-781/2025 saylı qətnaməsi üzrə verilmiş 06 oktyabr 2025-ci il tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxx 1967-ci il təvəllüdlü, Saatlı rayonu Gomuşçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar