Məhkəmə qərarları › İş №8(5-150)-7/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-150)-7/2026

26.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(5-150)-7/2026 26.01.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, X1, Tələbkar iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinə əsasən X3 2600 manat borc və 46 manat ödənilmiş dövlət rüsumu, cəmi 2646 (iki min altı yüz qırx altı) manat alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsini müdafiə edərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə ondan 2600 manat borc və 46 manat ödənilmiş dövlət rüsumu, cəmi 2646 (iki min altı yüz qırx altı) manat alınaraq iddiaçı Tələbkar verilməlidir. Hazırda işləmir. İcra vərəqəsi üzrə borcunu ödəməkdən yayınmı, hər ay atasının köməkliyi ilə 100- 200 manat tələbkara ödəyə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınıb Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinin hissəhissə icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinə əsasən X3 2600 manat borc və 46 manat ödənilmiş dövlət rüsumu, cəmi 2646 (iki min altı yüz qırx altı) manat alınaraq ona verilməsi qət edilmişdir. X2 borcundan heç bir ödəmiş etməmişdir. Borcu tam tələb edir. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Maraqlı şəxs icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasənişə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 nömrəli qərarının 14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinə əsasən ödənilməli olan borcun hissə-hissə ödənilməsinə razılıq verilməsi üçün ciddi əsas yoxdur. Məhkəmə bu qənaətə gələrkən, tələbkarın mənafeyini də nəzərə alır. Sadalananlardan görünür ki, borclunun məqsədi bu və ya digər yolla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından yayınmaqdan ibarətdir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Əfəndiyeva Azərbaycana qarşı 25 oktyabr 2007-ci il tarixli qərarında məhkəmə belə nəticəyə gəlmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının tərkib hissəsi» sayılmalıdır. Məhkəmə qərarının icra olunmaması həmin maddənin pozuntusu kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X1 ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərarverdi: Saatlı Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli, 2(055)-1057/2025 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair X5 ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar