Məhkəmə qərarları › İş №8(5-150)-83/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-150)-83/2026

04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(5-150)-83/2026 04.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Cəmilova Aygün Fərhad qızının sədrliyi, Məhkəmə iclasının katibi X7, Tələbkar Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən Borclu 1660 manat alınaraq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “MERCEDES BENZ VİTO” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-1609/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən Borclu 1660 manat alınaraq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2026-cı il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “MERCEDES BENZ VİTO” markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkar Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 nümayəndəsi X6 izahat verərək bildirdi ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-1609/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən Borclu Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X5 1660 manat borcu vardır. Həmin borc hazırki vaxtadək ödənilməyib. Ona görə də, təqdimatın təmin edilməsini xahiş etdi. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elşən Məmmədova və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elşən Məmmədovun və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş şəxsin kartoçkasından görünür ki, Borclu adına “MERCEDES BENZ VİTO” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinə əsasən Borclu 1660 manat alınaraq Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına “MERCEDES BENZ VİTO” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1609/2025 saylı, xx.xx.2026-cı il tarixli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyata alınmış “MERCEDES BENZ VİTO” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu adına qeydiyyata alınmış “MERCEDES BENZ VİTO” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar