Məhkəmə qərarları › İş №8(5-150)-84/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-150)-84/2026

10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(5-150)-84/2026 10.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə X1 Saatlı Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(055)-432/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 23 iyul 2024cü il tarixli 2(055)-432/2024 nömrəli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan 150 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4347 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(055)-432/2024 saylı qətnaməsi ilə 25 sentyabr 2015-ci ildə doğulmuş Rüqəyyanın və 18 fevral 2017-ci ildə doğulmuş Əlinin yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. 2025-ci ildə indeksasiya həyata keçirilən zaman qüvvədə olan qətnamə ilə hər ay bir uşağa görə tutulmuş 150 manat alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqı məbləğinin 0,4347 mislini təşkil etdiyindən (150:345=0,4347) bir uşağa görə hər ay tutulmalı olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4347 misli həddində indeksasiya olunmalıdır (400x0,4347=173,88). Ona görə də göstərdiklərinin nəzərə alınaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq X5 və Borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(055)-432/2024 saylı qətnaməsindən görünür ki, 25 sentyabr 2015-ci ildə doğulmuş Rüqəyyanın və 18 fevral 2017-ci ildə doğulmuş Əlinin yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay hər bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməlidir. Məhkəmə, ərizəni və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə iki uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən 2023-cü il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur və 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən qərarına əsasən Saatlı Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(055)- 432/2024 saylı qətnaməsinə əsasən 25 sentyabr 2015-ci ildə doğulmuş Rüqəyyanın və 18 fevral 2017-ci ildə doğulmuş Əlinin yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər bir uşaq üçün tutulan 150 manat sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4347 misli (150:345=0,**********95652 yuvarlaq olaraq 0,4347) həddində indeksasiya olunmalı, indeksasiya edilmiş 173,88 manat (400x0,4347=173,88) sabit pul məbləğində alimentin tutulmasına qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(055)-432/2024 saylı qətnaməsinə əsasən 25 sentyabr 2015-ci ildə doğulmuş Rüqəyyanın və 18 fevral 2017-ci ildə doğulmuş Əlinin yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Borclu hər ay hər bir uşaq üçün tutulan 173 (bir yüz yetmiş üç) manat 88 (səksən səkkiz) qəpik sabit pul məbləğində aliment sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4347 misli həddində indeksasiya olunsun. İndeksasiya edilmiş alimentin tutulmasına qərardadın qanuni qüvvəsini aldığı vaxtdan başlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar