Məhkəmə qərarları › İş №8(5-150)-90/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(5-150)-90/2026

11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(5-150)-90/2026 11.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 2(055)-1667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan “VAZ 2121 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin 2(055)-1667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X4 2499,78 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “VAZ 2121 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 2(055)- 1667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X4 2499,78 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2026-cı il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 2121 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 2(055)-1667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X4 2499,78 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş şəxsin kartoçkasından görünür ki, Borclu adına “VAZ 2121 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2026-cı il tarıxli qəbzin surətindən görünür ki, Borclu icra vərəqəsi üzrə borcdan 100 (bir yüz) manat ödəniş etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Saatlı Rayon Məhkəməsinin 2(055)- 1667/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X4 2499,78 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin icarası ilə bağlı borcluya borcun könüllü ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu könüllü icra üçün verilmiş 10 gün müddətində icra sənədi üzrə tələbi icra etmədiyi üçün icra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində Borclu adına qeydiyyatda olan “VAZ 2121 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək icra işini və təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyula bilər, hazırkı təqdimatda isə borclunun ödəməli olduğu məbləğə mütənasib əmlakının olub-olmadığının aydınlaşdırıldığı göstərilməmiş, bunu təsdiq edən sübutlar təqdimata əlavə edilməmiş, cəmi 2399,78 manat təşkil edən borc məbləğinə görə dəyəri yüksən olan avtomobilin üzərinə həbs qoyulması xahişinin zəruriliyi izah olunmamışdır. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetməmişdir. Bundan başqa, əmlak üzərinə həbs qoyulması həmin əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını da özündə əks etdirdiyindən hazırki iş üzrə avtomobilin üzərinə həbs qoyulması mülkiyyətçinin öz mülkiyyətində olan avtomobildən istifadə etməsinin də qadağan edilməsini özündə ehtiva etməkdədir. Yeganə qazanc yeri olan avtomobildən istifadənin də qadağan edilməsi mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüququnun tam məhdudlaşmasına səbəb olur ki, bu da məqsədəmüvafiq hesab oluna bilməz. Buna görə də məhkəmə hesab edir ki, Borclu adına qeydiyyata alınmış “VAZ 2121 minik” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu adına qeydiyyata alınmış “VAZ 2121 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sərəncam vermək hüququ (avtomobilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar