Məhkəmə qərarları › İş №8(5-151)-1/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-1/2026

13.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-1/2026 13.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra sənədi üzrə tələbkarın nümayəndəsi Nümayəndə şikayətinə xx.xx.2026-cı il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar QSC-nin - cavabdehlər Borclu, X2 və X4 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra sənədinə görə cavabdehlər Borclu, X5 və X1 müştərək qaydada 1679.86 manat əsas, 763.66 manat faiz, 167.99 manat cərimə, cəmi 2611.51 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq Tələbkar QSC-nin xeyrinə verilməsi tələb olunur. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlının “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarına əsasən, borclulara məxsus tələbin yönəldiləsi heç bir gəlir və ya əmlakının olmadığı əsası ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra vərəqəsinin Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra vərəqəsi üzrə tələbkarın nümayəndəsi Nümayəndə icra məmuru İlham Nizamlının həmin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından şikayət ərizəsi verərək, qərarın ləğv olunmasını və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra vərəqəsini icra olunması üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı məhkəmə əmrinə əsasən iddiaçı AccessBank QSC-nin cavabdehlər Borclu, X2 və X4 qarşı kredit borcunun tutulması barədə ərizəsi təmin edilmişdir. Həmin məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icraya yönədilmişdir. Sabirabad rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən icra sənədi Sabirabad rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda həmin qərardan tələbkar "xxxx" QSC tərəfindən şikayət verilir. Hesab edirlər ki, Sabirabad rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Qərar ləğv edilməli və icra hərəkətləri davam etdirilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2(056)- 826/2017 saylı məhkəmə əmrinə əsasən iddiaçı AccessBank QSC-nin cavabdehlər Borclu, X2 və X4 qarşı kredit borcunun tutulması barədə ərizəsi təmin edilmişdir. Həmin məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Sabirabad rayon icra Şöbəsinin icra məmuru İlham Nizamlının xx.xx.2025-ci il tarixli qərarına əsasən icra sənədi "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Sabirabad rayon Məhkəməsinə geri qaytarılmışdır. İcra məmurunun qeyd edilən qərarından görünür ki, borclular Borclu və X3 adına mülkün, bağ sahəsinin, avtomobilin, torpaq sahəsinin, VÖEN-nin qiymətli kağızın və s olub-olmaması ilə bağlı sorğular verilmiş, borcuların mülkiyyətində əmlak aşkar edilməmiş, borclunun yaşadığı mənzilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi əmlak aşkar olunmamış və bu barədə akt tərtib olunmuşdur. Təqdim edilmiş sənədlərdən digər icra hərəkətlərinin həyata keçirilmədiyi və ya qanunla nəzərdə tutulmuş qaydada icraatın dayandırılmadığı müəyyən olunur. Borclu şəxs icra məmurunun çağırışı üzrə gəlməkdən boyun qaçırdığı halda onun məcburi gətirilməsi üçün müvafiq tədbirlər görülməmiş, borclunun axtarılması haqqında qərar qəbul edilməmiş, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, habelə borclunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə onun inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməmiş, icra məmuru icra sənədinin məhkəməyə qaytarılması barədə əsassız qərar qəbul etmişdir. Həmçinin tərəflərindən aparılmış araşdırma zamanı X3 ********** nömrəli VÖEN-nin olduğu və "xxxx" MMC-də işlədiyi müəyyən olunmuşdur. Bundan başqa digər Borclu ********** nömrəli VÖEN-nin olduğu və "xxxx" MMC-də işlədiyi müəyyən olunmuşdur. Odur ki, ərizənin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq icra sənədi üzrə borclu, tələbkarın nümayəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib və icra işi materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan və məhkəmə baxışı zamanı elan olunmuş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlı tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icra məmuru İlham Nizamlı borclulara məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və gəlirlərinin olmaması halına əsaslanıb və “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə istinad edərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra vərəqəsini geri qaytarmışdır. İş materiallarında olan iddiaçı Tələbkar QSC-nin – cavabdehlər Borclu, X2 və X4 qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra sənədindən görünür ki, cavabdehlər Borclu, X5 və X1 müştərək qaydada 1679.86 manat əsas, 763.66 manat faiz, 167.99 manat cərimə, cəmi 2611.51 manat məbləğində kredit borcu və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq Tələbkar QSC-nin xeyrinə verilməsi tələb olunur, icra sənədi üzrə Tələbkar QSC “tələbkar” kimi, Borclu, X5 və X6 isə “borclu” kimi göstərilmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra sənədinin icrası zamanı borclulara məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və gəlirlərinin olmaması halına əsaslanıb icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası Kostitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra sənədinin əsasını təşkil edən qüvvədə olan məhkəmə əmri ilə borclulara məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və gəlirlərinin olmaması halı icra sənədinin icrasının mümkün olmadığı hal kimi qiymətləndirilə bilməz. Belə ki “İcra haqqında” qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. “İcra haqqında” Qanunun 23.1, 23.1.2, 23.1.3 maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borclu hüquqi şəxsin ünvanının və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və məhkəmə icraçısı tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, məhkəmə icraçısı bu haqda müvafiq akt tərtib edir və həmin akt məhkəmə icraçıları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, borclunun əmlakının müəyyən edilməsi üçün icra məmuru tərəfindən qanunla müəyyən edilmiş bütün tədbirlər həyata keçirilməmişdir. İş materiallarında olan “iş yerinə dair məlumatlar”dan görünür ki, X6 "xxxx" MMC-də, Borclu isə "xxxx" MMC-də işləyir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra sənədi üzrə Tələbkar QSC-nin nümayəndəsinin “icra sənədinin qaytarılması barədə” Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması və icra icraatının təzələnməsi barədə ərizəsini, icra işi materiallarını araşdıraraq məhkəmə hesab edir ki, icra sənədi üzrə borcluların əmlakının müəyyən edilməsi üçün icra məmuru tərəfindən qanunla müəyyən edilmiş bütün tədbirlər həyata keçirilmədiyi, icra sənədinin qaytarılması üzrə əsaslar müəyyən edilmədiyi halda Tələbkar QSC-nin nümayəndəsinin ərizəsi təmin edilməli, xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra sənədinin qaytarılması barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlının xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, icra sənədi üzrə icra icraatı təzələnməli, icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 230, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra vərəqəsinin qaytarılması barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlının xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-826/2017 saylı icra vərəqəsi üzrə icra icraatı təzələnsin və icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar