Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-10/2026 22.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, ərizəçi Tələbkar iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(056)-70/2021 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində tutulan alimentin indeksasiya olunmasına dair Tələbkar ərizəsinə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-70/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, cavabdeh Borclu ilə nikah münasibətlərini xx.xx.2019-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2019-cu ildə X4 adlı bir övladları anadan olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Onlar arasında nikah münasibətləri Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-70/2021 saylı qətnaməsi ilə pozulmuş, onların birgə nikahlarından xx.xx.2019-cu ildə anadan olmuş X2 onun yanında qalması müəyyən edilmiş, cavabdeh Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda xx.xx.2019cu ildə anadan olmuş X2 tələbatları günü-gündən artmaqda davam edir. Bundan əlavə olaraq bildirir ki, respublikada uşaqların günlük xərcləri ilə yanaşı istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladı xx.xx.2019-cu ildə anadan olmuş X1 üçün Borclu ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Buna görə də qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 232.2-ci maddəsinə əsaslanaraq işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)- 70/2021 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Borclu ilə Tələbkar arasında xx.xx.2019-cu ildə Sabirabad regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 571 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu ildə doğulmuş X2 Tələbkar yanında qalması və Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq Tələbkar verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. 2021-ci ildə Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 250 manat olmuşdur. Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn: 2021-ci ildə qəbul edilmiş qətnamə ilə uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2026-cı ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə 130 manat tutulmuş alimentin miqdarının 2021-ci il üzrə müəyyən edilmiş 250 manat minimum əmək haqqının (130:250=0.52) 0,52 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(056)-70/2021 saylı qətnaməsi üzrə müəyyən olunmuş 130 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(056)-70/2021 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Borclu hər ay tutulan 130 (bir yüz otuz) manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(5-151)-10/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-10/2026
22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver