Məhkəmə qərarları › İş №8(5-151)-15/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-15/2026

26.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-15/2026 26.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2002-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalağayın kəndində qeydiyyatda olan Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalağayın kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 1(010)-401/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2000 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Sabirabad rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə bordu Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borcludan xx.xx.2025-ci il tarixdə izahat götürülmüş, o, izahatında borcu ödəmək istəmədiyini bildirmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-401/2023 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2000 manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş şəxs Tələbkar ödənilməlidir. xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, Borclu rəsmi bildiriş göndərilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək, öhdəliyin uzun müddətdir ki, icra olunmamasını və borclunun borcu ödəməkdən imtina etməsini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı hesab edilərək təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.» Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalağayın kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədləri tam icra edildiyi zamanadək müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar