Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-29/2026 12.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(056)-711/2019 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində tutulan alimentin indeksasiya olunmasına dair Tələbkar ərizəsinə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(056)-711/2019 nömrəli qətnaməsinin cavabdeh Borclu xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay bir uşağa görə 100 manat, cəmi 200 sabit pul məbləğində alimentin alınaraq ona verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(056)-711/2019 nömrəli qətnaməsi ilə onun cavabdeh Borclu qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddia ərizsi qismən təmin edilmişdir. Qətnaməyə əsasən onun cavabdeh Borclu ilə 08 avqust 2007-ci ildə Sabirabad rayon Qeydiyyat şöbəsində 133 saylı nikahlarının pozulması, birgə nikahdan xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2010-cu ildə anadan olmuş X4 onun yanında qalması və cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladları X3 və X1 üçün cavabdeh Borclu ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin olunması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPMnin 232.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(056)-711/2019 saylı qətnaməsinin surətindən görünür ki, Borclu ilə Tələbkar arasında xx.xx.2007-ci il tarixdə Sabirabad rayon VVADQ Şöbəsində bağlanmış və 133 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 anaları Tələbkar yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin hər ay Borclu tutulub Tələbkar verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. 2019-cu ildə Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 180 manat olmuşdur. Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn: 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2026-cı ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə 100 manat tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 180 manat minimum əmək haqqının (100:180=0.55) 0,55 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(056)-711/2019 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Borclu hər ay hər uşaq üçün tutulan 100 manat cəmi 200 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli 2(056)-711/2019 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 üçün Borclu hər ay hər uşaq üçün tutulan 100 (bir yüz) manat cəmi 200 (iki yüz) manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(5-151)-29/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-29/2026
12.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver