Məhkəmə qərarları › İş №8(5-151)-33/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-33/2026

17.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-33/2026 17.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi ilə, Tələbkar yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Borclu ilə X5 arasında xx.xx.2019-cu il Sabirabad rayon Qeydiyyat Şöbəsində bağlanmış və 55 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X3 anası X7 yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il t başlayaraq 170 manat sabit pul məbləğində aliment hər ay Borclu oğlundan tutulub X4 verilməsi qət edilmişdir. Ərizə tələbi, icraat iştirakçılarının izahatları

2. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsi ilə ona təyin olunmuş alimentin indeksasiya olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizənin əsaslarına görə Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsi ilə birgə yaşayışdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvvəliidlü X2 yanında saxlanılması üçün 170 ( bir yüz yetmiş ) manat məbləğiində olmaqla sabit pul şəklində aliment qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cti il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Göründüyü kimi, 2025-ci il üçün minimum aylıq əməkhaqqının məbləği artırılmışdır. Buna görə də, Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsi ilə ona təyin olunmuş aliment indeksasiya olunmalıdır.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmişdir. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

7. AR Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

8. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” xx.xx.2019-cu il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.” Məhkəmənin mövqeyi

9. İşin faktiki hallarından müəyyən olunur ki, Tələbkar ilə Borclu arasındakı birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsi ilə alimentin məbləği ümumilikdə 170 manat məbləğdə müəyyən edilmişdir.

10. Hazırda Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir.

11. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

12. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

14. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir.

15. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsi ilə 170 manat məbləğdə müəyyən edilmişdir.

16. 2021-ci il üzrə ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 170 manat məbləğdə aliment 2021-ci il üçün minimum əmək haqqının 0,68 misli həddində olmuşdur.

17. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır.

18. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(056)-208/2021 saylı qətnaməsi ilə Borclu xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 170 manat sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar