Məhkəmə qərarları › İş №8(5-151)-34/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-34/2026

20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-34/2026 20.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(071)- 216/2025 saylı icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu Əkrəm Zaidin təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu Əkrəm Zaid təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Hacıqabul rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-216/2025 saylı icra vərəqəsinə əsasən, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi bildirilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, lakin borclunun mülkiyyətində olan tələbin yönəldilə biləcəyi əmlak müəyyən edilməmişdir. Borclunun barəsində xx.xx.2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilərək icra olunması üçün müvafiq polis şöbəsinə göndərilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmadığından borclu barəsində 05 fevral 2026-cı il tarixdə protokol tərtib edilərək Sabirabad Rayon Məhkəməsinə təqdim olunmuş və sonuncu 8 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Borcludan xx.xx.2026-cı il tarixdə izahat götürülmüş izahatında maddi imkanı olmadığından borcu ödəyə bilmədiyini bildirmişdir. Borclunun 2952 manat aliment borcu vardır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənləri nəzərə alaraq, "İcra Haqqında" qanunun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işi materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işi materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e-2(071)-216/2025 saylı icra sənədi üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsi “İcraata başlamaq haqqında” Qərar qəbul etmiş, 10 gün müddət ərzində tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Lakin ondan dəfələrlə tələb olunsa da, icra müddəti ərzində o, icra sənədinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmiş və ya buna çalışmamış, nəticədə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(071)-216/2025 saylı icra sənədinin icrası təmin edilməmiş halda qalmışdır. «İcra haqqında» Az. Resp. Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş icra işi materiallarını nəzərdən keçirib və «İcra haqqında» Qanunun yuxarıda istinad olunan 84-1.1-ci maddəsinə əsaslanaraq hesab edirik ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-216/2025 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş müddət ərzində Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azər. Resp. MPM-nin 279-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu Əkrəm Zaidin təqdimatı təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-216/2025 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikası ərazisindən kənara sərbəst surətdə getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsi vasitəsilə həyata keçirilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-216/2025 saylı icra sənədi tam icra edildikdən sonra hazırkı qərardad əsasında borclunun ölkə ərazisindən kənara sərbəst surətdə getmək hüququna qoyulmuş məhdudiyyətin ləğvi üçün dərhal rəsmiyyətin aparılması üzrə tədbirlərin görülməsi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tövsiyə olunsun. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar