Məhkəmə qərarları › İş №8(5-151)-53/2026

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-53/2026

10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-53/2026 10.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-415/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu 2040 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.

2. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(056)-200/2024 saylı qərardadına əsasən borclu X2 məxsus “Vaz 2121” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.

3. Tələbkar "xxxx" ASC xx.xx.2024-cü il tarixli ərizə ilə İcra şöbəsinə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin e-2(056)-415/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir.

4. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun xx.xx.2024-cü il tarixli qərarına əsasən icra sənədi Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır.

Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları

5. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 8(056)-200/2024 saylı qərardadına əsasən onun mülkiyyətində olan olan “Vaz 2121” minik markalı, 54- BL-050 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Təqdimatın əsaslarına görə Sabirabad Rayon Məhkəməsinin e-2(056)-415/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 2040 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açiq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclu X3 barəsində olan icra sənədinin icrasını təmin etmədİyindənSabirabad rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 8(056)-200/2024 saylı qərardadına əsasən borclu X2 məxsus “Vaz 2121” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadəsində olunduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məcburi icra tədbirləri nəticəsində Sabirabad Rayon Məhkəməsinin e-2(056)- 415/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar "xxxx" Açiq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göstərilən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır..

7. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23.1.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 231.3. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.

Məhkəmənin mövqeyi

11. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir.

12. Belə ki, “İcra haqqında” Qanunun 23.1-ci maddəsində icra sənədinin icra sənədini vermiş məhkəməyə qaytarılması halları sadalanmış və tələbkarın ərizəsi əsasında qaytarılması bu hallardan biri kimi göstərilmişdir.

13. Hazırkı işin halları ilə məlum olur ki, Sabirabad Rayon Məhkəməsinin e-2(056)- 415/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədini vermiş məhkəməyə qaytarılmışdır.

14. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir.

15. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(056)-200/2024 saylı qərardadı ilə Borclu məxsus “Vaz 2121” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 8(056)-200/2024 saylı qərardadı ilə Borclu məxsus “Vaz 2121” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar