Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(5-151)-6/2026 15.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(056)-460/2023 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində tutulan alimentin indeksasiya olunmasına dair Tələbkar ərizəsinə xx.xx.2026-cı il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-460/2023 saylı qətnaməsinə əsasən himayəsində olan xx.xx.2011ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin həcmi hər bir uşaq üçün, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-460/2023 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları Tələbkar yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin hər ay Borclu tutulub Tələbkar verilməsi qət edilmişdir. Hazırda həmin aliment xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-cı il təvəllüdlü X7 adlı uşaqların dolanışığını qarşılamır. Özü də çətinliklə uşaqları saxlayır. Hazırda qanunvericiliyə uyğun olaraq alimentin indeksasiyası vacibdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 232.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(056)-460/2023 saylı qətnaməsinin surətindən görünür ki, Borclu ilə Tələbkar arasında xx.xx.2016-cı il tarixdə Sabirabad regional “ASAN Xidmət” X3 bağlanmış və 202 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X2 anaları Tələbkar yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin hər ay Borclu tutulub Tələbkar verilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. 2023-cü ildə Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur. Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn: 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə 150 manat tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqının (150:345=0.43) 0,43 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(056)-460/2023 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşaq üçün tutulan 150 manat cəmi 450 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(056)-460/2023 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşaq üçün tutulan 150 manat cəmi 450 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(5-151)-6/2026
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(5-151)-6/2026
15.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver