Məhkəmə qərarları › İş №8(5-153)-8/2026

Samux Rayon Məhkəməsi Qərardad — İş №8(5-153)-8/2026

06.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 8(5-153)-8/2026 06.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Samux rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-689/2025 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Samux rayon İcra və Probasiya şöbəsinin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rüfət Kazımov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatdan və təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Samux Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2(058)-689/2025 nömrəli icra sənədinə Borclu xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ici il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Borclu 46,40 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixində Samux rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədi üzrə Borclu, tələbkar X3ma 1000 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu oğl|unun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbuljı edilməsi məsələsinə baxılmasım xahiş edirəm. Məhkəmə iclasında Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 təqdimata uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Borclu və tələbkara təqdimatın baxılması vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə əsasən təqdimata borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki: - Samux Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 2(058)-689/2025 nömrəli icra sənədinə Borclu xx.xx.2022-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ici il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Borclu Samux rayon Salahlı kəndində yaşadığı ünvanda olunmuş və borclunun hər hansı yönələ biləcəyi əmlakı aşkar olunmamışdır. - İcra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Həmin qərar icra sənədi üzrə tələbin könüllü icrasına dair xx.xx.2025-ci il tarixli 205393/2025-23-4 nömrəli bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. - İcra məmuru tərəfindən xx.xx.2026-cı il tarixli 205393/2025-23-4 nömrəli xəbərdarlıqdan görünür ki, Borclu borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Mülki Posessual Məcələnin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)- 689/2025 nömrəli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, təqdimat təmin edilərək, xx.xx.1997-ci il tarixdə Samux rayonu, Salahlı kəndində anadan olmuş, Samux rayonu, Salahlı kəndində yaşayan Borclu ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu xx.xx.1997-ci il tarixdə Samux rayonu, Salahlı kəndində anadan olmuş, Samux rayonu, Salahlı kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti, yəni Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(058)-689/2025 nömrəli icra sənədini tam icra edənədək məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar