Məhkəmə qərarları › İş №8(5-155)-147/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-147/2026

10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(5-155)-147/2026 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi (tələbkar) X1 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 207 manat pul məbləğinin indeksləşdirilərək 2022-ci ilin avqust ayından 2025-ci il dekabr ayınadək 144,80 faiz artımı (207 manat x 144,80 % = 299,74 manat) nəzərə alaraq cəmi 506,74 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X1 ərizə ilə məhkəməyə müraciət edərək iş çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını vəərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2022ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək cavabdeh Borclu 177 manat əsas, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 187 manat məbləğində borc və 24 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt Səhər Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi üzrə iddiaçı Tələbkar ödənilməli pul məbləğinin indeksasıyasına dair ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir, indeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır Ödənilməli olan pul vəsaiti inflyasiya vo s. kimi mənfi iqtisadı proseslər nəticəsində öz dəyərim əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Məhkəmə qeyd edir ki, tələbkar X1 hazırki ərizəsinə yalnız qətnamənin kserosurətini əlavə etmiş, həmin qətnamənin qüvvədə olub-olmaması, icraya yönəldilib-yönəldilməməsi, borcun ödənilib-ödənilməməsi, yaxud qətnamədə qeyd olunan borcun icrası vəziyyətini əks etdirən sübutları təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tələbkar X1 “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263- 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Tələbkar X1 “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar