Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(5-155)-148/2026 10.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Ərizəçi (tələbkar) X1 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ****/**** saylı, ## ##### 2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş 307 manat pul məbləğinin indeksləşdirilərək 2017-ci il aprel ayından 2025-ci il dekabr ayınadək 156,90 faiz artımı (307 manat x 156,90 % = 481,68 manat) nəzərə alaraq cəmi 788,68 manat məbləğində indeksləşdirmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X1 ərizə ilə məhkəməyə müraciət edərək iş çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını vəərizənin təmin olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, borclu borclu2 Mürsəl oğlu ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Borclu borclu1 və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017ci il tarixli məhkəmə əmrindən görünür ki, ##.##.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan borclu2 və ##.##.1964-cü il tarixdə İmişli şəhərində doğulmuş, İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 92 ünvanında qeydiyyatda olan borclu1 müştərək qaydada kreditor Tələbkar xeyrinə kredit müqaviləsi üzrə 220 manat məbləğində əsas borc, 66 manat məbləğində cərimə borcu və 21 manat dövlət rüsumunun, cəmi 307 manat məbləğində pulun tutulması əmr edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki Sumqayıt Səhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli məhkəmə əmri üzrə tələbkar Tələbkarnın ödənilməli pul məbləğinin indeksasıyasına dair ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddənin məzmunundan göründüyü kimi, bu institutla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir, indeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Pul məbləğlərinin indeksasiyası, hər şeydən əvvəl istehlak qiymətlərinin artması ilə əlaqədardır və həmin məbləğin dəyərini qorumaqla vətəndaşın qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır Ödənilməli olan pul vəsaiti inflyasiya və s. kimi mənfi iqtisadi proseslər nəticəsində öz dəyərim əhəmiyyətli şəkildə itirmişdirsə və bununla əlaqədar olaraq həmin məbləğin alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, belə hallarda məhkəmə prosesi tərəflərinin pozulmuş hüquqlarının bərpası üçün həmin məbləğin indeksasiya edilməsi zərurəti yaranır. Məhkəmə qeyd edir ki, tələbkar X1 hazırki ərizəsinə yalnız məhkəmə əmrinin kserosurətini əlavə etmiş, həmin əmrin qüvvədə olub-olmaması, icraya yönəldilibyönəldilməməsi, borcun ödənilib-ödənilməməsi, yaxud əmrdə qeyd olunan borcun icrası vəziyyətini əks etdirən sübutları təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tələbkar X1 “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263- 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Tələbkar X1 “ödənilməli pul məbləğinin indeksasiya olunması” barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №8(5-155)-148/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-148/2026
10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver