Məhkəmə qərarları › İş №8(5-155)-170/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-170/2026

03.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 8(5-155)-170/2026 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tələbkar Tələbkar, Ərizəçi (tələbkar) Tələbkar məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə ##.##.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş 160 manat sabit pul məbləğində aliment miqdarının hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli miqdarında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tələbkarın izahatanı dinləyib iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək X2 və Borclu arasında bağlanmış ##.##.2013-cü il tarixli *** saylı nikahın pozulması, nikah pozulduqdan sonra ##.##.2014-cü il təvəllüdlü X1 anası X2 yanında saxlanması, ##.##.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi və alimentin tutulmasının ##.##.2019-cu il tarixindən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair ## ######## 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin sentyabrından 2022-ci ilin ######ın #-dək 250 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə hər ay 160 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (160 manat/250 manat= 0,64) Məhkəmə iş materiallarına araşdırıb hesab edir ki, indeksasiya ölkə üzrə minimum aylıq əmək haqqının 0,64 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli *-*/**** nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borcludan 2019-cu ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2026-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Ərizə təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu ##.##.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar