Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(5-155)-203/2026 04.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-389/2*21 nömrəli, 19.*2.2*21-ci il tarixli qətnaməsi üzrə tələbkar (ərizəçi) Tələbkar tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Tələbkar məhkəməyə ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar *4 mart 2*26-cı il tarixli ərizəsinə uyğun izahat verərək borclu ilə barışıq əldə etdikləri üçün aliment məbləğinin indeksasiyası ilə bağlı ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə borclunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə borclunun məhkəmə iclasına lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməməsini barışıq əldə olunduğu üçün işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.*.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli və Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.*.11, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar ərizəsi təmin edilsin. Tələbkar aliment məbləğinin indeksasiyasına dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Məhərrəmov
Məhkəmə qərarları › İş №8(5-155)-203/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-203/2026
04.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver