Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(5-155)-211/2026 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4762/2025-019 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 27469,58 manat məbləğində pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir (“Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun adına qeydə alınmış mobil nömrələrə sms-bildiriş göndərilmiş və çatdırılmışdır). Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus məxsus Quba rayonu, İkinci Nüqədi kəndində yerləşən **********36 reyestr nömrəli, 0,20 ha torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə əsasən iş üzrə Borclu mülkiyyətində olan Quba rayonu, İkinci Nüqədi kəndində yerləşən **********36 reyestr nömrəli, 0,20 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 26155,59 (iyirmi altı min bir yüz əlli beş manat, əlli doqquz qəpik) manat əsas, 1142,1 (bir min yüz qırx iki manat, on qəpik) manat faiz borcu olmaqla, cəmi 27297,69 (iyirmi yeddi min iki yüz doxsan yeddi manat, altmış doqquz qəpik) manat məbləğində pul və 171,89 (bir yüz yetmiş bir manat, səksən doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq Tələbkar ASC-yə verilməsi qət edilmişdir. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 16 may 2018-ci il tarixli, AN seriyalı, 271726 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Quba rayonu, İkinci Nüqədi kəndində yerləşən **********36 reyestr nömrəli, 0,20 ha torpaq sahəsi Borclu xüsusi mülkiyyətindədir. Təqdimata əlavə edilmiş "xxxx" ASC tərəfindən Sumqayıt şəhər üzrə İcra İdarəsinə ünvanlanmış 03 fevral 2026-cı il tarixli ərizədən görünür ki, məhkəmənin yekun qərarı halhazıradək icra edilməmişdir. Yuxarıda qeyd olunanları və könüllü icra müddətinin bitməsini nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikasının qanununa əsasən məcburi icra tədbirlərinin, tələbin borclunun əmlakın yönəldilməsi və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə həmin icra tədbirlərini həyata keçirərək qalıq borc məbləğinin tələbkar "xxxx" ASC-yə qaytarılması istiqamətində qanuna müvafiq icra tədbirlərinin görülməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Quba rayonu, İkinci Nüqədi kəndində yerləşən **********36 reyestr nömrəli, 0,20 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Quba rayonu, İkinci Nüqədi kəndində yerləşən **********36 reyestr nömrəli, 0,20 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim: Vüsal Məhərrəmov
Məhkəmə qərarları › İş №8(5-155)-211/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-211/2026
02.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver