Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(5-155)-56/2026 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X5, Borclu iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3407/2023-017 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində aliment Borclu tutularaq İsmayılova (Almuradova) Aysel Yaşar qızına ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 188/2024-022 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin təmir-tikintisinə birgə nikah dövründə çəkilmiş xərclərinə görə 16500 (on altı min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhəri üzrə İcra idarəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407/23 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2024 saylı icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus məxsus Abşeron Rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2024 saylı icra sənədinə əsasən borc 16500 manat və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407/2023 saylı icra sənədinə əsasən 9375 manat təşkil edir. Göstərilənlərə əsasən iş üzrə Borclu məxsus olan Abşeron Rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.03 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 izahatında bildirmişdir ki, qızı ilə borclu 2011-ci il tarixdə birgə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikah dövründə də ev tikilmişdir. 2023-cü ilin avqust ayının 31-i də boşanmışlar. O vaxtdan aliment məbləğini də zəif ödəmişdir. Təxminən 10 min manata yaxın aliment borcu yığılmışdır. Evə görə də Apellyasiya Məhkəməsi tərəfindən 16500 manat pul bölünmüşdür. Onu da ödəmir. Buna görə də müraciət etmişlər ki, onları ödəsin. Çünki üç uşağı vardır. Uşaqları qızı nə ilə saxlasın. Uşaqları saxlamağa, aliment məbləğini ödəməyə borcludur. Sadəcə bunları tələb edirlər. Onlara başqa heçnə lazım deyildir. Pulu versin ki, o da uşaqlara ev alsın. Kirayədə yaşayırlar, məbləği çatdıra bilmirlər. Qızı da xəstə olduğu üçün iclasda iştirak edə bilmir. Hər dəfə söz vermiş, lakin sözünə əməl etməmişdir. Sonuncu dəfə dekabr ayında 200 manat pul göndərmişdir. Sonuncu dəfə icbari iş alınan zaman işləyəcəyini, hər ay 600 manat pul ödəyəcəyini demişdir. O söz də orada qalmışdır. 200 manat məbləğlə kirayədə yaşamaq, üç uşağa baxmaq olarmı. Yalandan sözlər verilir, lakin əməl edilmir. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahat verərək bildirmişdir ki, iş üzrə icraya məktub göndərilmişdir. Məqsədi borcdan qaçmaq deyildir. Borcu ayda 200 manat olmaqla hissəhissə ödəmək istəyir. İmkan artdıqca məbləği yüksəldəcəkdir. İndiyə kimi icraya müraciət etmiş, lakin hesab açılmamışdır ki, ödəniş etsin. Ödəniş etmək iqtidarındadır. Aylıq ödənişləri edə bilər. Aliment məbləğindən kəsirləri olmasına baxmayaraq mütəmadi ödəniş edir. Sonuncu dəfə dekabr ayında ya 200, ya da 300 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda havalar soyuqdur. Gələn aydan taksi işi ilə məşğul olacağı üçün normal şəkildə ödənişləri edəcəkdir. Əvvəlki aylardan kəsirlərlə müəyyən borc məbləği yığılmışdır. İcranın bildirdiyinə görə alimentlə bağlı təxminən 9300 manat civarında borcu vardır. Torpaq sahəsi ona məxsusdur. 2012-ci ildə taksi fəaliyyəti ilə məşğul olan zaman vöen açılmışdır. Faktiki olaraq fəaliyyət göstərmir. Həbs qoyulması gələcəkdə ona maneələr törədəcəkdir. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, tələbkarın nümayəndəsinin və borclunun izahatlarını dinləyib, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 570 manat sabit pul məbləğində aliment Borclu tutularaq İsmayılova (Almuradova) Aysel Yaşar qızına ödənilməli, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir. Təqdimata əlavə edilmiş 01 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2397/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunması, həbs olunmasının əvvəlinin xx.xx.2025-ci il, saat 16.45-dən hesablanması qərara alınmışdır. Təqdimata əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin təmirtikintisinə birgə nikah dövründə çəkilmiş xərclərinə görə 16500 (on altı min beş yüz) manat məbləğində pul vəsaiti cavabdeh Borclu alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədov tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu tələbi könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədov tərəfindən qəbul edilmiş 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3407/23 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2024 saylı icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, köhnə ünvan: Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən **********98 reyestr nömrəli 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Borclu adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün həbs qoyulur (İcra haqqında Qanunun 50.2. və 50.4.1. maddələri). Qanunun mənasına görə borclu icra sənədini könüllü icra etmədikdə məcburi icra hərəkətləri başlayır ki, məcburi icra hərəkətlərinin həyata keçirilmə ardıcıllığına uyğun icra edilməlidir. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakının üzərinə həbs qoyulmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış köhnə ünvan: Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən **********98 reyestr nömrəli, 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu məxsus daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış köhnə ünvan: Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən **********98 reyestr nömrəli, 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəf 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim: Vüsal Məhərrəmov
Məhkəmə qərarları › İş №8(5-155)-56/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-56/2026
22.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver