Məhkəmə qərarları › İş №8(5-155)-81/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №8(5-155)-81/2026

02.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(5-155)-81/2026 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6266/2025-007 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar Elbrus qızının xeyrinə sonrakı artımlar, nəzərə alınmaqla, hər ay üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,6 misli həddində (240 manat) sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş tələbin dərhal icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış, bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2026-cı il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir, eləcə də ********* nömrəsinə də SMS bildiriş çatdırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, icra məmuru və borclu məhkəməyə gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6266/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2025-ci il üzrə minimum əmək haqqının 0,6 misli həddində (240 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdeh Borclu dövlət rüsumu qismində 48 manat 80 qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına və barəsində icra məmurunun qərarı ilə icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar çıxarılmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da, icra məmurunun çağırışlarından yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar