Məhkəmə qərarları › İş №8(5-159)-11/2026

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(5-159)-11/2026

27.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(5-159)-11/2026 27.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi X2 iştirakı ilə X1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2251/2025 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2251/2025 saylı qətnaməsi ilə cavabdehlər X8 və X6 müştərək qaydada **********0052 saylı kredit müqaviləsi üzrə 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat məbləğində pul alınıb "Fınca Azerbaijan" X11-Bank Kredit Təşkilatına verilməsi qət edilmişdir. Həmin qətnamə qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(076)-2251/2025 saylı qətnaməsi üzrə borcunu hiss-hissə ayda 50 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(076)-2251/2025 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən, cavabdehlər X8 və X6 müştərək qaydada **********0052 saylı kredit müqaviləsi üzrə 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz elli iki manat, qırx beş qəpik) manat məbləğində pulun alınıb "Finca Azerbaijan" X11-Bank Kredit Təşkilatına verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehlərə yəni, onlara aid edilməsi, X8 və X6 müştərək qaydada 30.29 (otuz manat iyirmi doqquz qəpik) manat pulun alınıb iddiaçı "Finca Azerbaijan” X11-Bank Kredit Təşkilatına verilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Maraqlı şəxs1nə göndərilmişdir. Maraqlı şəxs1 icra məmuru X5 qəbul etdiyi icra sənədi əsasında ondan hər ay 149,47 manat pul tutulur. Qeyd edir ki, ondan başqa bir borcuna görə də hər ay 47,20 manat pul tutulur. O qeyd olunan kredit borcları üzrə zamin olmuşdur. Əsas borclu X12 maddi imkanı olmadığından borcunu vaxtında ödəyə bilməmişdir. Ona görə də onun borcunu o ödəmək məcburiyyətində qalmışdır. Bildirmək istəyir ki, o özü onkoloji xəstədir. Yeganə gəlir mənbəyi aldığı 393,33 manat pensiyadır. Başqa gəlir mənbəyi yoxdur. Özü xəstəliyilə əlaqədar hər ay müayinə və müalicə olunur. Ondan kredit borclarına görə hər ay 200 manat pul tutulur. Yerdə qalan məbləğlə o öz zəruri xərclərini və müalicə xərclərimi ödəyə bilmir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Odur ki, onun maddi vəziyyətini və xəstəliyini nəzərə alaraq Şəmkir Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2(076)-2251/2025 saylı qətnaməsi üzrə borcun ayda 50 manat olmaqla hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. X4 məhkəmə iclası zamanı göstərdi ki, yeganə gəlir mənbəyi aldığı 393,33 manat pensiyadır. Başqa gəlir mənbəyi yoxdur. Özü xəstəliyilə əlaqədar hər ay müayinə və müalicə olunur. Ondan kredit borclarına görə hər ay 200 manat pul tutulur. Yerdə qalan məbləğlə o öz zəruri xərclərini və müalicə xərclərimi ödəyə bilmir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2251/2025 qətnaməsi üzrə borcunu hər ay 50 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunun izahatını, ərizənin dəlillərini və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(076)-2251/2025 saylı icra sənədindən görünür ki, cavabdehlər X8 və X6 müştərək qaydada **********0052 saylı kredit müqaviləsi üzrə 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat məbləğində pul alınıb "Fınca Azerbaijan" X11-Bank Kredit Təşkilatına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 101206/2021-9-3 saylı icra sənədinin icrası üzrə 6066.05 manat pul tam ödənilənədək X7 hesabından hər ay 47.2 manat pul tutularaq müvafiq hesaba köçürülməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş e-sosial portal çıxarışından görünür ki, X9 xx.xx.2010cu il tarixdən xx.xx.2026-cı il tarixədək pensiya təyin edilmişdir. İş materiallarına əlavə edilmiş ambulator kart arayışından görünür ki, X10 onkoloji xəstədir. Belə ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, borclunun borcun ödənilməsinə kifayət edə biləcək əmlakı aşkar olunmazsa, heç bir yerdə işləməməsi, mütəmadi qazancı və ya gəliri olmaması mötəbər sübutlarla təsdiq olunarsa və bunun nəticəsində borclunun borcunu birdəfəyə ödəməyə maddi imkanı olmazsa, o halda məhkəmə qətnamənin hissə-hissə icrası məsələsinə baxa bilər. Hazırki vəziyyətdə isə qeyd olunan halların heç biri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə xx.xx.2025-ci il tarixdə çıxarılmış, hazırki vaxtadək icra edilməmişdir.Həmçinin borclu ilə yanaşı digər borcluda vardır, borclular müştərək qaydada tələbi icra etməlidirlər. Odur ki, qətnamənin hissə-hissə icrası əsaslı sayıla bilməz. Eləcə də, iş materialları ilə müəyyən edilmişdir ki, məhkəmənin müvafiq qətnaməsi ilə cavabdehlər X8 və X6 müştərək qaydada **********0052 saylı kredit müqaviləsi üzrə 267.95 manat əsas, faiz borcu üzrə 8.29 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 276.24 (iki yüz yetmiş altı manat, iyirmi dörd qəpik) manat, həmçinin, **********0062 saylı kredit müqaviləsi üzrə 752.45 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 752.45 (yeddi yüz əlli iki manat, qırx beş qəpik) manat məbləğində pul alınıb "Fınca Azerbaijan" X11-Bank Kredit Təşkilatına verilməsi qət edilmişdir. Qeyd olunan borc məbləğinin hər ay hisssə-hissə 50 manat olmaqla ödənilməsi tələbkarın mənafeyinə uyğun deyil, həmçinin bu hal məhkəmə qətnaməsinin səmərəliyini azaltmaqla yanaşı, həm də realizəsini mümkünsüz edir. Bu hal isə tələbkarın qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, X2 qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : X2 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2251/2025 saylı qanuni qüvvədə olan qətnaməsinin hissə-hissə icrasına dair ərizəsi təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar