Məhkəmə qərarları › İş №8(5-159)-92/2026

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(5-159)-92/2026

10.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(5-159)-92/2026 10.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Tələbkar: Tələbkar Borclu: Borclu iştirakı ilə Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 1(076)-145/2025 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 1(076)-145/2025 saylı icra sənədinə əsasən Borclu cinayət əməli nəticəsində vurulmuş maddi zərərə görə 1.100 manat pulun və 56 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi hökm edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu icra sənədində göstərilən borcunu ödəmədiyini, hazırda da ödəməkdən yayındığını göstərib borclunun ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı izahatında göstərdi ki, borclu Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 1(076)-145/2025 saylı icra sənədinin icrasını yerinə yetirmir, ona olan borcunu ödəmir. İcra məmuru icra sənədinin icrasını təmin etmək məqsədilə hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Borclu izahatında göstərdi ki, maddi imkanı olmadığından Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 1(076)-145/2025 saylı icra sənədində nəzərdə tutulan pulu bir dəfəyə ödəyə bilməmişdir. Bununla belə mart ayından sonra həmin pulu hissə-hissə ödəyəcəkdir. Odur ki, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 1(076)-145/2025 saylı icra sənədinə əsasən Borclu cinayət əməli nəticəsində vurulmuş maddi zərərə görə 1.100 manat pulun və 56 manat dövlət rüsumunun alınıb Tələbkar verilməsi hökm edilmiş, lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli 1(076)-145/2025 saylı icra sənədi üzrə borcunu tamamilə ödəyənədək Borclu оğlunun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar