Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-23/2026 09.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından Tələbkar MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin e-2(032)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X1 639 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın 29 avqust 2025-ci il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Şirvan Şəhər Məhkəməsinin e-2(032)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın 29 avqust 2025-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv olunması və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin e-2(032)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən borclu X1 "xxxx" MMC-nin xeyrinə cəmi 639 manat məbləğində pul tutulması qət edilmiş və məhkəmə qətnaməsi icra olunması üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X3 icra sənədini icra etməmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Müjgan Hüseynovanın xx.xx.2025-ci il tarixli qərarına əsasən Şirvan Şəhər Məhkəməsinin e-2(032)-327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tələbkara təqdim edilmədən və akt barədə tələbkara məlumat verilmədən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafiq tədbirlərin görülməsi, eyni zamanda borclunun yaşadığı ünvanda olması barədə qeydlər edilmişdir, lakin faktiki olaraq borclunun yaşadığı ünvanda olmamışlar və yaşayış yerinə baxış keçirməmişlər. Bununla yanaşı Tələbkar MMC görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Həmçinin, icra məmuru tərəfindən borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Tələbkar MMC və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin nümayəndələri məhkəməyə gəlməmişlər və və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin, borclu X2 icra sənədində göstərilən ünvan 1 ünvanında oldular. Borclunun yaşadığı mənzilə əmlak siyahıya alınması məqsədi ilə baxış keçirilmiş, tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadı və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(032)-327/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 639 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədi icra olunması üçün icra şöbəsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə aidiyyəti üzrə İcra şöbəsi tərəfindən icra sənədinin qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(032)- 327/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmış, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda İcra sənədi üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(032)-327/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra sənədinin qaytarılması barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməlidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərar ləğv edildiyi halda icra tədbirləri icraata başlama haqqında qərar qəbul edildiyi vaxtdan davam etdirilir. Yəni qeyd edilən tədbirlərin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə müstəsna müddətlər müəyyən edilməmiş, həmçinin qanunvericiliyə əsasən bu hal tənzimlənməkdədir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Şirvan şəhəri üzrə İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(032)-327/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “icra sənədinin qaytarılması” barədə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru Müjgan Hüseynovanın xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Şirvan Şəhər Məhkəməsi tərəfindən verilmiş e-2(032)-327/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №8(5-160)-23/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-160)-23/2026
09.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver