Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-27/2026 02.03.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarına əsasən Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontoruna geri qaytarılmışdır. İcra sənədi üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 şikayətlə məhkəməyə müraciət edərək, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər 1 saylı Dövlət notariat ofisinin 673 nömrəli xx.xx.2024-cü il tarixli iş üzrə icra sənədinin qaytarılması haqqında Şirvan şəhər icra və probasiya şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixində Qərar qəbul etmişdir. Qərar 09 fevral 2026-cı il tarixində "xxxx" MMC-yə daxil olmuşdur. Hesab edirlər ki, icra məmurun qərarı qanunsuz və əsassızdır. Şirvan şəhər icra və probasiya şöbəsinin icra məmuru qərar qəbul edilən zaman “İcra haqqında” Qanunun tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Qərarda Borclu əmlakının olmamasını qeyd edən icra məmuru nəyə əsaslanması aydın deyil. "xxxx" MMC-yə yanlız qərar daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə şikayətə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir . Belə ki, iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş : Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, "xxxx" MMC-nin xeyrinə Qubadlı rayonu Milanlı kəndində qeydiyyatda olan Borclu ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 53 manat 38 qəpik, 25 manat dövlət rüsumu,cəmi 78 manat 38 qəpik pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarın surətindən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontoruna geri qaytarılması haqqında qərar qəbul edilmişdir. İcra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə iclasında Şirvan şəhər İcra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş icra işinə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” qərarın surətinin tələbkar "xxxx" MMC-yə göndərilməsi müəyyən olunmamışdır. Belə olan halda Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi üzrə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli surətinin icra sənədi üzrə tələbkar "xxxx" MMC-yə çatdırılmasına dair sübut kimi müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, hazırki iş üzrə Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarının surəti tələbkar "xxxx" MMC-yə verilmədiyindən, müddətin axımı tələbkarın şikayət ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydi Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarla icra sənədi Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontoruna geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi zartiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Qanunun tələbinə görə, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə borclu barəsində icra məmuru tərəfindən görülmüş bütün tədbirlər nəticə vermədiyi hallarda icra sənədi qaytarıla bilər. İşin hallarından görünür ki, tələb edilən borcun məbləği cəmi 78 manat 38 qəpikdir. Məhkəmə hesab edir ki, icra məmuru qanunvericiliyin tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmış, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə materiallarda aşağıdakılar müəyyən edilmişdir:
1. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Lakin 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə materiallarda tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim olunmasına dair hər hansı sübut aşkar edilməmişdir.
2. xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarda borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərildiyi və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilmədiyi qeyd olunsa da, məhkəmə tərəfindən 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə materiallarda həmin sorğular aşkar edilməmiş, həmçinin borclunun tələbin yönəldilə biləcəyi əmlakının olmamasının müəyyən edilməsi haqqında akt tərtib edilməmişdir.
3. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Lakin 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə materiallarda borclunun icra sənədi üzrə izahatı aşkar edilməmişdir. Beləliklə qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarından icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi təkrarən icraya yönəldilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-269-cu maddələrini rəhbər tutub
qərara aldı:
Şikayət təmin edilsin. Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qanuni qüvvədə olan Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8İ-673 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Hakim Aydan Məmmədli