Məhkəmə qərarları › İş №8(5-160)-28/2026

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-160)-28/2026

26.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-28/2026 26.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 370/2025-009 saylı, 10 fevral 2025-ci il il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu 39407 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar Muxtar qızının xeyrinə ödənilməlidir. İcra sənədində göstərilən tələb könüllü icra müddət ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanılaraq, borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin, Borclu adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirlər aşkar edilməmişdir, həmçinin müəyyən olunmuşdur ki, vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Borclu xx.xx.2026-cı ilə 36,907 (otuz altı min doqquz yüz yeddi) manat borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş icra məmuru, borclu və tələbkar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən : Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, mülki iddia təmin olmuş, mülki cavabdeh Borclu dəymiş maddi ziyana görə 39000 manat və 207 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq mülki iddiaçı Tələbkar xeyrinə ödənilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 200 manatın Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XllS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməsi hökm edilmişdir. xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Borclu 39407 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-160)-190/2026 saylı qərarın surətindən görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı araşdıraraq, təqdimata əlavə edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyindən və borcu ödəməkdən yayınmaq məqsədi ilə istənilən vaxt ölkənin hüdudlarını tərk edə biləcəyindən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalı, bununla da təqdimat təmin olunmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267-269-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-370/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardadın icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar