Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(5-160)-9/2026 21.01.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Ərizəçi Tələbkar Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 223 manat məbləğ indeksləşdirilərək 2014-cü il aprel ayından – 2025-ci ilin oktyabr ayınadək 206.60 faiz artımı (223 AZN × 203.60 % = 454,03 AZN) nəzərə alınaraq, cəmi 677,03 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və Borclu2 cəmi 223 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləğli zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tədbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığından görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və ya məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ərizəçi Tələbkar məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxaraq ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli əmrinə əsasən borclular Borclu1 və Borclu2 202 manat və ərizə verilərkən ödənilmiş 21 manat dövlət rüsumu müştərək qaydada tutularaq kreditor Tələbkar ödənilməlidir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, kreditor Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Borclu1 ilə xx.xx.2013-cü il tarixdə, 10711 saylı alqı-satqı müqaviləsi, Borclu2 ilə isə xx.xx.2013-cü il tarixli, 10711/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Borclu1 aldığı malların dəyərini 6 ay ərzində ödəməli olduğu halda, bu öhdəliyi yerinə yetirməmiş və nəticədə xx.xx.2013-cü il tarixdə, 10711 saylı alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Bununla əlaqədar olaraq, Borclu1 ümumilikdə 202 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Şirvan şəhəri, F.İsmayılov küçəsi ev 1-də yaşayan Borclu1 dair hissədə icraata başlanılsın. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icra edilmiş icra sənədinin məhkəmə və ya digər orqana qaytarılması haqqında qərara əsasən Şirvan Şəhər Məhkəməsinin 2(032)- 487/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra edildiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.6-cı maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” xx.xx.1992-ci il tarixli 174 nömrəli Qanunun 1-ci maddəsinə əsasən indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; aliment, həmçinin Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlirləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. Həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. Həmin Qanunun 3-cü maddəsinə əsasən indeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. 2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.” “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “1. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. 2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir.” Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında açıq şəkildə qeyd olunmuşdur ki, indeksasiya yalnız qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnamələr üzrə tətbiq oluna bilər. Yəni indeksasiya tələbi yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən və tam ödənilmədiyi müddət ərzində irəli sürülə bilər. Ərizəçinin tələbi bu prosedur zərurətləri nəzərə almadan təqdim edilmişdir. Həmçinin o da qeyd edilməlidir ki, Plenum qərarına əsasən indeksasiya institutu borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. O da nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi işə baxmış məhkəmə tərəfindən məhz qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsini nəzərdə tutmuş olsa da, bu təsisat hüquqi mahiyyəti və təyinatı baxımından formasından (qətnamə, qərardad, qərar və ya əmr) asılı olmayaraq müvafiq pul məbləğinin tutulmasını müəyyən edən, qanuni qüvvəyə minmiş istənilən məhkəmə aktına münasibətdə tətbiq edilə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur. Əgər qətnamə artıq icra edilmişsə və ya məbləğin ödənilməsi gecikmə ilə olsa da həyata keçirilmişsə, bu zaman həmin müddətə görə ayrıca indeksasiya tələb edilə bilməz . Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, həmçinin Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi icra edildiyi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.6-cı maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinə qaytarılmışdır. Beləliklə məhkəmə hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi artıq icra edildiyindən həmin icra sənədi üzrə borcun indeksasiyanın tətbiqi mümkün deyildir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tələbkar Şirvan şəhər Məhkəməsinin 2(032)-487/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş borcun indeksləşdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №8(5-160)-9/2026
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №8(5-160)-9/2026
21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver