Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-10/2026 02.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Tələbkar Borclu olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-52/2025 nömrəli qərardadı ilə xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,44 misli həddində müəyyən olunmuş 176 manat aliment məbləğinin 2026-cı il üzrə minimum əmək haqqına münasibətdə 0,60 misli həddində indeksasiya edilməsi və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi əlavə baxım pulu barədə qərərdad qəbul edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-52/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,44 misli, 176 (yüz yetmiş altı) manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğdə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Tərtər Rayon Məhkəməsinin 8(061)-52/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində aliment sabit pul məbləğində müəyyən edilmişdir və ona görə də indeksasiya həyata keçirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borclu X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən borclu X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu X6 məhkəməyə ərizəyə qarşı etiraz ünvanlayaraq göstərimişdir ki, Tələbkar ona qarşı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləğinin nideksasiya olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə saat 10:15-ə təyin edilmişdir. Ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)-52/2024 nömrəli qətnaməsinə əsasən xx.xx.2023cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,44 misli, 176 (yüz yetmiş altı) manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qərara alınmışdır. Həmin icra işi Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidir. Göründüyü kimi Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-459/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunmasına dair xx.xx.2025-ci il tarixli 8(061)-52/2025 nömrəli qərardadı vardır. Həmin qərardad qanuni qüvvəsini almış və hal-hazırda Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icraatındadır. Bütün yuxarıda qeyd etdiklərini nəzərə alaraq Tələbkar ona qarşı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin məbləğinin nideksasiya olunması barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tələbkarın ərizəsini, borclunun etiraz ərizəsini, iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)- 52/2025 saylı qərardadının surətindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-459/2024 nömrəli qətnaməsinə əsasən Borclu hər ay 150 manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində müəyyən edilərək Borclu tutulub Tələbkar ödənilməlidir. İndeksasiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə yeni redaksiyada verilmiş “Nikahın pozulması boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması təıəbinə dair işlərə baxlılarkən qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində göstərilən qaydada və qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına uyğun aparılmışdır. Buna baxmayaraq Tələbkar təkrarən ndeksasiya olunmuş alimentin təkrarən indeksasiya olunması barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə qərardadı qəbul edilərkən qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmaılıdır. Sözügedən qərarda qeyd edilmişdir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqradını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası MPM-in 263.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 263.6-cı maddəsində göstərilmişdir ki, məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Qərarın müvafiq bəndləri ilə tam aydın olur ki, tələbkarın ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun verilməmiş və təmin edilməsi məqsədəmüvafiq deyildir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərarverdi: Tələbkar qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(061)- 52/2025 nömrəli qərardadı ilə xx.xx.2023-cü il təvəllüdlü X1 üçün 2025-ci il üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,44 misli həddində müəyyən olunmuş 176 (yüz yetmiş altı) manat aliment məbləğinin 2026-cı il üzrə minimum əmək haqqına münasibətdə 0,60 misli həddində indeksasiya edilməsi və xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi əlavə baxım pulu tələbi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(5-162)-10/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-10/2026
02.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver