Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-12/2026 24.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi/, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Tələbkar Borclu olmaqla alimentin məbləğinin artırılmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyənetdi: Tələbkar Borclu olmaqla ərizə ilə məhkəməyə müraciət edərək Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-103/2024 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 150 manat məbləğinin 2026-cı il üzrə minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Tələbkar ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-103/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər hər ay 150 manat məbləğində sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-103/2024 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 150 manat məbləğinin 2026-cı il üzrə minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən Tələbkar Borclu iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-103/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar xx.xx.2018-ci ildə doğulmuş X2 atasının xx.xx.1996-cı il təvəllüdlü Borclu olması faktı müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər hər ay 150 manat məbləğində sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının 8.4-2-ci bəndində qeyd olunur ki, “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunun tələblərindən aydın olur ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-103/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2018-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana qədər hər ay 150 manat məbləğində sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar verilməsi qət edilmişdir. Tələbkar izah edilməlidir ki, qanunun tələblərinə uyğun olaraq Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 103/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya edilməsi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinə müraciət etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 266-268, 361-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Tələbkar Borclu olmaqla alimentin məbləğinin artırılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(5-162)-12/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-12/2026
24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver