Məhkəmə qərarları › İş №8(5-162)-13/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-13/2026

24.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-13/2026 24.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Borclu iştirakı ilə Tələbkar Borclu olmaqla qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(104)-696/2020 saylı qətnaməsinə əsasən ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə dair ərizəsini məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar Borclu olmaqla ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(104)-696/2020 saylı qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşıana çatanadək saxlanılması üçün müəyyən edilmiş 140 manat alimentin miqdarının ölkə üzrə 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(104)-696/2020 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-908/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, 03 iyul 2017-ci ildə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tutulmalı olan aylıq alimentin 130 manat məbləği müəyyən edilməsi hissəsində dəyişdirilərək, aylıq aliment 140 manat məbləğində müəyyən edilmişdir. Uşağın bütün qayğısını və ehtiyaclarını tamamilə o, çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbat artsa da borclu uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını da ödəmək tək qadın üçün çətindir. Bundan başqa ölkədə uşaqlar üçün yaşayış minimumu artaraq 2025-ci ildə 245 manata çatdırılmışdır. Buna görə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmnin işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul ediləcəkdir. Yuxarıda qeyd olunanlara əsasən qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(104)- 696/2020 saylı qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşıana çatanadək saxlanılması üçün müəyyən edilmiş 140 manat alimentin miqdarının ölkə üzrə 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan SMS bilrişdən görünür ki, Tələbkar məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilmişdir. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2ci maddəsinə əsasən ərizəçi Tələbkar iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında göstərmişdir ki, Tələbkar ərizəsini əsassız və qanunsuz hesab edərək təmin olunmamasını xahiş etmişdir. Belə ki, 140 manat aliment borcunun öhdəsindən çətinliklə də olsa gəlmişdir. Hazırda artıq başqası ilə ailə qurmuş, nikah bağlamış, həmin nikahdan da iki azyaşlı uşaqları anadan olmuşlar. Heç bir yerdə işləmir. Maddi vəziyyəti ağırdır. Alimentin məbləği artırılacağı təqdirdə aliment məbləğini ödəməkdə çətinlik çəkəcəyini və maddi cəhətdən buna imkanı çatmayacağının bildirmişdir. Ona görə də ərizənin təmin olunmamasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(104)-696/2020 saylı qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-908/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, 03 iyul 2017-ci ildə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşıana çatanadək saxlanılması üçün Borclu tutulmalı olan aylıq alimentin 130 manat məbləği müəyyən edilməsi hissəsində dəyişdirilərək, aylıq aliment 140 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Tərtər rayon Qaradağlı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 99 saylı xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Tərtər rayon Qaradağlı kənd sakini Borclu ailə tərkibi X2, X3 və X1 ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4- 1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 200 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,50 mislində (400 x 0,50 = 200 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(104)-696/2020 saylı məhkəmə qətnaməsinə əsasən Borclu 03 iyul 2017-ci ildə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulması müəyyən edilmiş 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarı qərardad qanuni qüvvəsini alan gündən başlayaraq Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(104)-696/2020 saylı məhkəmə qətnaməsinə əsasən Borclu 03 iyul 2017-ci ildə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulması müəyyən edilmiş 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarı qərardad qanuni qüvvəsini alan gündən başlayaraq Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunsun. Qərardadın icrasə Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar