Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-14/2026 20.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Tələbkar Sadiq qızının Borclu iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən tutulan alimentin məbləğinin indeksasiya olunması barədə Tələbkar Sadiq qızının ərizəsinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar Sadiq qızı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş 170 manat alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar Sadiq qızı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəyə etiraz edətək izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan övladı xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 170 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Tərtər Rayon Mərkəzi Xəstəxanasında işləyir və 800 manat əmək haqqı alır. Himayəsində əlil bacısı vardır. Ona görə də məhkəmədən ərizənin təmin edilməməsini xahiş edir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Borclu xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat alimentin tutularaq ... iddiaçı Tələbkar Sadiq qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə görə tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 15 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yeni redaksiyada verilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-3-cü bəndinə görə alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləğinin indeksasiya olunması barədə Tələbkar Sadiq qızının ərizəsini və ərizəyə əlavə edilən materialları araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 15 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yeni redaksiyada verilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyini və yuxarıda istinad olunan maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ərizə əsaslı və qanunvericiliyə uyğundur. Ona görə də təmin edilməlidir. İndeksasiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 15 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yeni redaksiyada verilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində göstərilən qaydada və qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına uyğun aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R AR A A L D İ: Ərizə təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1396/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Borclu hər ay 170 manat sabit pul şəklində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla 2023-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində müəyyən edilməklə indeksasiya edilsin. İndeksasiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 15 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə yeni redaksiyada verilmiş “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı, 28 mart 2016-cı il tarixli qərarının 8.4-1-ci bəndində göstərilən qaydada və qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımına uyğun aparılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: TAHİR QUBADOV.
Məhkəmə qərarları › İş №8(5-162)-14/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-14/2026
20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver