Məhkəmə qərarları › İş №8(5-162)-18/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-18/2026

19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-18/2026 19.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Tələbkar Borclu olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində müəyyən edilmiş alimentin indeksasiya edilməsinə dair ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-736/2024 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa təyin edilmiş 190 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə qzrə müəyyən edilmiş munimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, Borclu Tərtər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(061)-736/2024 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa təyin edilmiş 190 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Lakin bu məbləğ uşağın saxlanması üçün nəzərdə tutulan xərcləri ödəməmişdir. Borclu maddi imkanı çox yaxşıdır. Bu səbəbdən də alimentin miqdarının artırılması ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərdiklərinə əsasən iştirakı olmadan işə baxılıb Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-736/2024 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa təyin edilmiş 190 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə qzrə müəyyən edilmiş munimum əmək haqqı məbləğinin müvafiq misli həddində sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırkı ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən Tələbkar Borclu iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu elektron qaydada məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-736/2024 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, umumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. Sabit pul məbləğində təyin olunmuş 570 manatla razılaşmayan tələbkar ərizə ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksləşdirilməsini tələb etmişdir. İşlədiyi qrum tərəfindən ona təqdim olunmuş 2026-cı ilin yanvar ayı üzrə haqq-hesab vərəqəsindən aydın şəkildə görünür ki, ondan hər ay əmək haqqından məhkəmə qətnaməsi ilə təyin olunmuş 570 manat aliment tutulduqdan sonra ona qalan əmək məvacibi cəmi 666,36 manat təşkil edir. Bu isə demək olar ki, əmək haqqının 50%-ə yaxın daha dəqiq 46,09 faizini təşkil etməkdədir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 65-ci maddəsinə görə İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz, o cümlədən tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi bocluda qalmaqdadır. Aliment məbləğinin indeksasiya edilməsi nəticəsində faiz dərəcəsi tələbi 50 faiz aşacaqdır. Bu da, onun mövcud olacaq qalıq əmək haqqında yaşamağında çətinlik tərədə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsində deyilir ki, “alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar mütləq nəzərə alınmalıdır”. Hazırki mövcud durumda yeganə gəlir yeri olan əmək haqqından demək olar ki, yarısı alimentə çıxılır. Qalan 636,36 manat məbləğ isə şəxsi ehtiyaclarını (kommunal, müalicə, nəqliyyat, rabitə, kredit və s.) üçün kifayət belə etmir. İndeksasiya nəticəsində bu məbləğin daha da, azalması onun minimum həyat standartlarını təhlükə altına qoyur. Hal-hazırda qalan 636,36 manatdan üzərində olan kredit öhdəlikləri və digər şəxsi ehtiyacları üçün sərf olunan məbləğləri dəlillər əsasında aşağıdakı kimi tərdim etmişdir. 1- "xxxx" MMC-ə hər ayın 1-i ödədiyi 132,33 manat kredit öhdəliyi, 2-“NOVA-KREDİT” Bank Olmayan kredit təşkilatına KKM-0150182/25 saylı müqavilə üzrə hər ayın 5-i ödədiyi 102,50 manat kredit öhdəliyi, 3- - “NOVA-KREDİT” Bank Olmayan kredit təşkilatına KKM-0150182/25 saylı müqavilə üzrə hər ayın 18-i ödədiyi 157,16 manat kredit öhdəliyi,4-Azərbaycan Beynəlxalq Bankına hər ayın 1-i ödədiyi 52,06 manat kredit öhdəliyi . Yuxarıda göstərdiyi öhdəliklər cəmi 444,07 manat təşkil edir. Təbii o, ehtimal etmişdir ki, tələbkar özü işə girdiyi halda onu təkrar məhkəməyə verəcək və alimentin indeksasiyasını tələb edəcək. Düşünülsə ki, onda qalan 636,36 manat əmək haqqından 444,07 manat çıxılarsa ona yalnız 192,29 manat qalır. Bu məbləğ isə onun gündəlik tələbatlarını ödəmir. Bu qalan məbləğin indeksasiya edilməsi onun vəziyyətini daha da, çətinləşdirəcək. Azərbaycan Beynəlxalq Bankından aldığı 1600 manat məbləğində kredit öhdəliyi isə 2025-ci ilin oktyabr ayında anası X2 təcili və təxirəsalınmaz cərrahi əməliyyat üçün öz yaxın dost və yoldaşlardan borc olaraq aldığı məvacibi geri qaytarması üçün olmuşdur. Təbii borc olaraq aldığı məvacibi onlara geri qaytarmaq üçün kredit almağa məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə sabit pul məbləğindən tutulan alimentin indeksasiyası ölkə üzrə sabit pul məbləindən tutulan alimentin indeksasiyası ölkə üzrə yaşayış minimunun dəyişməsinə uyğun aparılır. Lakin bu mexaniki bir proses deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinı görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələr malikdirlər. Bilindiyi kimi onun əmək haqqından heç bir artım olmamışdır, lakin Tələbkar Xətai rayonunda “Oba” Marketdə çalışır və 550 manat əmək haqqı almaqdadır. Bu səbəbdən hesab edir ki, uşaqların saxlanması, maddi ehtiyaclarının təmin edilməsi kimi vəzifə funksiyaları hər iki valideynin vəzifəsidir və burada ayrı seçkiliyə, bərabərsizliyə yol vermək hüquqa ziddir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 65-ci maddəsinə görə 65.1. İcra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Yuxarıda göstərilnələri əsas tutaraq Tələbkar alimentin indeksasiyası barədə tələbi maddi vəziyyətinə uyğun olmadığı üçün rədd olunması və alimentin hazırki məbləğinin dəyişdirilmədən saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsində tələbini iki hissədə göstərsə belə, hər iki hissə eyni xarakterli mübahisə premetinə aid olmaqla alimentin indeksasiyasından bəhs edir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı ərizəyə baxılıb qiymət verilərkən bu hal nəzərə alınmalı və borclunun məhkəmə qətnaməsi ilə ödədiyi alumentin indeksasiya edilməsi məsələsinə qiymət verilməlidir. Məhkəmə tələbkarın ərizəsini, borclunun etiraz ərizəsini, iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, azyaşlı uşaqlar borclunun yanında yaşamaqla, onların maddi və mənəvi baxımdan normal inkişafı, eləcə də təlim-tərbiyəsi, bütün qayğıları tələbkar tərəfindən həyata keçirilir. İstənilən vəziyyətdə uşaqların maraq və mənafeləri üstün tutulmalı və normal inkişafı valideynlər tərəfindən təmin edilməlidir. Eləcə də borclu uşaqların atası olmaqla onların həyatında başlıca rol oynamalı və normal inkişaflarında məsuliyyətlə iştirak etməlidir. Ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)- 736/2024 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, umumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2024-cü il tarixdə minimum aylıq əmək haqqının məbləği 345 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2024-cü il üçün 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-736/2024 saylı qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan olmuş xx.xx.2017-ci təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün müəyyəm edilmiş 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin miqdarı qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-736/2024 saylı qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan olmuş xx.xx.2017-ci təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün müəyyəm edilmiş 190 (yüz doxsan) manat sabit pul məbləğində alimentin miqdarı qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar