Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-22/2026 20.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Mövsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi ilə, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Tərtər Rayon Məhkəməsinin 2(061)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına və əlavə edilmiş materiallara Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilir, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələyə baxılmasına maneə olmur. Məhkəmə icra məmuru, borclu və tələbkarın iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu borca görə 10710 manat və dövlət rüsumuna görə 149 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunla müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. İcra sənədinin könüllü icrası borclu tərəfindən təmin olunmamışdır. Borclunun əmlak və gəlirlərinin öyrənilməsi məqsədi ilə aidiyyatı təşkilatlara sorğular verilmişdir. Əlavə icra tədbiri kimi icra sənədi tam icra olunanadək borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxması müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. İşdə olan Tərtər Rayon Məhkəməsinin 2(061)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Borclu 10710 manat və dövlət rüsumuna görə ödənilmiş 149 manat pulun alınıb iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. İşdə olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-809/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən icra işi başlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, təqdimat qanuni və əsaslıdır. Ədalət mühakiməsinin səmərəliliynin təmin edilməsi məqsədi ilə icra vərəqəsi tam icra olunanadək Tərtər Rayon Məhkəməsinin 2(061)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də təqdimat təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci və Azərbaycan Respublikası MPM-nin 263,264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara Aldı: Təqdimat təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-809/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu, xx.xx.1994-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ icra vərəqəsi tam icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №8(5-162)-22/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-22/2026
20.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver