Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-23/2026 19.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tələbkar, Borclu iştirakları ilə Tələbkar Borclu olmaqla qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1125/2023 saylı qətnaməsinə əsasən ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsinə dair ərizəsini məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar Borclu olmaqla ərizə ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1125/2023 caylı məhkəmə qətnaməsinə əsasən Borclu ilə birgə nikahdan xx.xx.2013-cü təvəllüdlü X3 adlı uşaqlarının yetkinlik yaşıana çatanadək saxlanılması üçün Borclu hər ay tutulması müəyyən edilmiş 170 manat sabit pul məbləğinin 2025-ci il üzrə minimum aylıq əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərmişdir ki, onun iddiası əsasında Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(061)-1125/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan xx.xx.2013-cü ildə doğulmuş X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Sonuncu qətnamə çıxarıldığı və qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq borclu tərəfindən uşağın saxlanılması üçün aliment ödənilmiş heç bir maddi köməkli göstərməmişdir. Uşağının bütün qayğısını və ehtiyacını tamamilə o çəkmişdir. Uşağının təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatının da ödəmək tək qadın olaraq onun üçün də çətindir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında göstərmişdir ki, tələbkarın iddiası əsasında Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(061)-1125/2023 saylı qətnaməsinə əsasən ondan birgə nikahdan xx.xx.2013-cü ildə doğulmuş X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Hazırda tələbkar həmin alument məbləğinin indeksasiya edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tələbkarın və borclunun izahatlarını iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(061)-1125/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan xx.xx.2013-cü ildə doğulmuş X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8.4- 1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 200 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,50 mislində (400 x 0,50 = 200 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında 27 dekabr 2024-cü il tarixli Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2023-cü ilin yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə müəyyən olunmuş işin faktiki hallarına və qeyd olunan hüquq normalarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(061)-1125/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan xx.xx.2013-cü ildə doğulmuş X1 üçün hər ay 170 manat sabit pul məbləğində müəyən edilmiş alimentin miqdarı uşağın maraq, mənafeyi, normal böyüməsi nəzərə alınmaqla qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Borclu alınaraq Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay bir uşaq üçün 0,49 misli həddində indeksasiya olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qər ara aldı: Ərizə təmin edilsin. Qanuni qüvvəyə minmiş Tərtər Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli 2(061)- 1125/2023 saylı qətnaməsinə əsasən cavabdeh Borclu birgə nikahdan xx.xx.2013-cü ildə doğulmuş X1 üçün hər ay 170 manat sabit pul məbləğində müəyən edilmiş alimentin miqdarı uşağın maraq, mənafeyi, normal böyüməsi nəzərə alınmaqla qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Borclu alınaraq Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay bir uşaq üçün 0,49 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №8(5-162)-23/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-23/2026
19.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver