Məhkəmə qərarları › İş №8(5-162)-4/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-4/2026

16.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-4/2026 16.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İcra işi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Tərtər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 09 yanvar 2026-cı il tarixdə məhkəməyə təqdimatla müraciət edərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-819/2023 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(061)819/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı icra sənədinə əsasən Borclu 11196.69 manat, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı üzrə 6769.69 manat və Tərtər rayon Notariat Ofisinin xx.xx.2023 –cü il tarixli icra qeydi üzrə 354.50 manat pul alnaraq Bank of Baku ASC-yə verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Tərtər rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Odur ki, Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilmişdir ki, Məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-819/2023 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264,267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-819/2023 nömrəli icra sənədinə əsasən Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar