Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 8(5-162)-52/2026 13.03.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi Əzimov Şaiq Rəfayıl oğlunun katibliyi Cavabdeh icra məmuru X2 Tələbkar Borclu iştirakı ilə, Cavabdeh icra məmuru X2 tərəfindən qəbul edilmiş “icra sənədinin məhkəməyə geri aytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayətə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru X2 tərəfindən qəbul edilmiş “icra sənədinin məhkəməyə geri aytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərarının ləğv edilməsini və icra sənədinin təkrarən icraya göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar şikayəti müdafiə edərək izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 7292 manat pulun tutularaq ona verilməsi qərara alınmışdır. Lakin, icra sənədinin icrası bugünə kimi təmin edilməmişdir. Borclunun imkanı vardır və istəsə borcunu verə bilər. Hesab edir ki, icra məmurunun “icra sənədinin məhkəməyə geri aytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərarı əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən həmin qərarın ləğv edilməsini və icra sənədinin təkrarən icraya göndərilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh icra məmuru X2 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 7292 manat pulun tutularaq Tələbkar verilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş və qanunla müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmişdir. İcra sənədinin könüllü icrası borclu tərəfindən təmin olunmamışdır. Borclunun əmlak və gəlirlərinin öyrənilməsi məqsədi ilə aidiyyatı təşkilatlara sorğular verilmiş, lakin borclunun adına əmlak və gəlirin olması aşkar olunmamışdır. İcra sənədinin icrası ilə bağlı borlunun yaşadığı ünvana baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyə hər hansı bir əmlakın olması müəyyən edilməmiş və bu barədə xx.xx.2026-cı il tarixli Akt tərtib edilmişdir. Ona görə də “icra sənədinin məhkəməyə geri aytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərar qəbul edərək icra vərəqəsini məhkəməyə geri qaytarmışdır. Məhkəmə iclasında Borclu izahatında göstərmişdir ki, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında Tələbkar əlavə izahatında göstərmişdir ki, torpaq islahatı zamanı Borclu və ailə üzvlərinə pay torpaq sahəsi verilmişdir. Borclunun 03 ha pay torpaq sahəsi vardır və hazırda taxıl əkmişdir. İcra işində olan Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu razılaşmanı pozduğuna görə 7200 manat, dövlət rüsumuna görə 92 manat, cəmi 7292 manat pulun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İcra işində olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Tərtər Rayon Məhkəməsinin (061)-752/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Cavabdehndə icra işi başlanılmışdır. İcra işində olan “borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemindən edilən sorğu məlumatlarından görünür ki, icra məmuru tərəfindən Borclu əmək haqqı, pensiya, təqaüd və sar gəlirləri, avtomobil nəqliyyatı, krediti barədə sprğu edilsə də, heç bir məlumat tapılmamışdır. İcra işində olan Cavabdeh icra məmurları X2, X3 və X1 və Borclu iştirakı ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli Aktdan görüünür ki, Borclu yaşadığı evə baxışın keçirildiyi və baxış zamanı tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakın aşkar olunmadığı qeyd olunmuşdur. İcra işində olan “icra sənədinin qaytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-752/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Cavabdeh icra məmuru X2 tərəfindən məhkəməyə geri qaytarılmışdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinəəsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən... məhkəmə vasitəsi ilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi Əfəndiyeva Azərbaycana qarşı xx.xx.2007-ci il tarixli qərarında (55-ci bənd) qeyd etmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” tərkib hissəsi sayımalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə Borclu yaşadığı evə baxışın keçirilməsinə dair xx.xx.2026-cı il tarixli Akta tənqidi yanaşaraq qeyd etməyi lazım bilir ki, baxış zamanı Tələbkar iştirakı təmin edilmədiyi və baxış audio və video çəkiliş aparılmadan aparılmadan həyata keçirildiyi üçün mötəbər sənəd hesab edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, “borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemindən edilən sorğu” tam olmamışdır. Belə ki, icra məmuru tərəfindən Borclu əmək haqqı, pensiya, təqaüd və sar gəlirləri, avtomobil nəqliyyatı, krediti barədə sprğu edilsə də, onun adına daşınmaz əmlakın, xüsusi ilə də kənd yerində yaşamasına rəğmən adına torpaq sahəsinin olub-olmaması barədə hər hansı bir sorğu verilməmiş və həmin xüsusat aydınlaşdırılmamışdır. Halbu ki, həmin halın aydınlaşdırılması icra sənədinin icrası üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə işin yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində şikayət verilən “icra sənədinin geri aytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərar Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinin, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinin müddəaları baxımından qanuni deyildir. Hazırkı vəziyyətdə həmin qərarın ləğv edilməməsi tələbkarın ədalətli araşdırma hüququnun pozulmasına və ədalət mühakiməsinin səmərəsiz olmasına gətirib çıxara bilər. Ona görə də şikayət təmin edilməli və icra məmurunun “icra sənədinin geri aytarılması haqqında” xx.xx.2026-cı il tarixli qərarı ləğv edilməli və icra tədbirlərinin tam şəkildə həyata keçirilməsi üçün icra vərəqəsi yenidən icraya göndərilməlidir. Azərbayca Respublikası MPM-nin 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Cavabdeh icra məmuru X2 tərəfindən qəbul edilmiş “icra sənədinin geri aytarılması haqqında” xx.xx.2026-cı il tarixli ləğv edilsin və icra vərəqəsi yenidən icraya göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tahir Qubadov.
Məhkəmə qərarları › İş №8(5-162)-52/2026
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №8(5-162)-52/2026
13.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver