Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 8(5-167)-16/2026 23.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Əli qızının katibliyi, Təqdimat verən şəxs Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 və Borclu iştirakları ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatına Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X3 məhkəməyə təqdimat verərək, icra sənədi üzrə Borclu məxsus olan VAZ 21144 minik markalı, 99KS448 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X3 təqdimatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1129/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən İcra sənədi üzrə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 136 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-185/2025-003 nömrəli, xx.xx.2025-ci il tarixli qərardada əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-cı il tarixindən minimum əmək haqqının 1,17 misli həddində olmaqla Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Zaqatala rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu aliment borcu 5029 manat təşkil edir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğuıar edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ 21144 minik markalı, 99KS448 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yoiu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X3 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini məhkəməyə bildirməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin təqdimatına, işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1129/2017 nömrəli, 23 iyun 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu Möviüd oğlundan 09 fevral 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 may 2017- cı il tarixdən hesablanmaqla, hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 06 iyul 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1129/2017 nömrəli, 23 iyun 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan icra sənədi üzrə borcluya ünvanlanmış 06 iyul 2017-ci il tarixli bildirişdən görünür ki, icra sənədin könüllü icra etmədiyi təqdirdə icra sənədinin icrası məcburi qaydada təmin ediləcəyi Borclu bildirilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 8(033)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, 09 fevral 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün cavabdeh Borclu hər ay 136 manat sabit pul məbləğində Borclu tutularaq Tələbkar ödənilməsi qət edilmiş alimentin məbləği xx.xx.2025-ci il tarixdən indeksasiya edilməklə hər ay bir uşaq üçün minimum əmək haqqının 1,17 misli həddində olmaqla müəyyən edilmişdir. İşdə olan Borclu haqqında Elektron icra sistemi vasitəsi ilə əldə edilmiş sistemdən çıxarışdan görünür ki, Borclu adına “VAZ 21144” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qeydiyyata alınmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və ya satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibatiiqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibatiiqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1129/2017 nömrəli, 23 iyun 2017-ci il tarixli icra vərəqəsin əsasən cavabdeh Borclu Möviüd oğlundan 09 fevral 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 may 2017-cı il tarixdən hesablanmaqla, hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Həmin aliment məbləği Zaqatala Rayon Məhkəməsinin 8(033)-185/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə minimum əmək haqqının 1.17 misli həddində indeksasiya edilmişdir. Borclu tərəfindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarı tam icra edilməmişdir. Borclu adına “VAZ 21144” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili qeydiyyata alındığı müəyyən edilmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 571/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün təqdimat təmin edilməli, borclunun həmin əmlakı üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən İcra Haqqında Azərbaycan Respublikası Qanununun 50.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zaqatala rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 təqdimatı təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1129/2017 nömrəli, 23 iyun 2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu adına olan “VAZ 21144” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №8(5-167)-16/2026
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №8(5-167)-16/2026
23.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver