Məhkəmə qərarları › İş №8(5-168)-3/2026

Zəngilan Rayon Məhkəməsi Qərardad — İş №8(5-168)-3/2026

13.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zəngilan rayonu İş № 8(5-168)-3/2026 13.01.2026 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Təqdimatı verən şəxs Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 iştirakı ilə, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 təqdimat onunla əsaslandırmışdır ki, xx.xx.2025-cü il tarixli qərarla icraata başladığı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(105)-1113/2025-005 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-184/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada 10.000 (on min) manat məbləğində pul və 120 (yüz iyirmi)manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. Yuxanda qeyd olunan icra sənədi xx.xx.2025-cü il tarixində Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru X7 təqdimatı müdafiə edib izahatında bildirmişdir ki, borclu telefonlara cavab vermir, barəsində axtarış vermiş, əvvəl axtarışda olduğu üçün onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını verə bilməmişdir. Borcun tam ödənilib qurtarana qədər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Borclu qəssab olaraq qeydiyyata alınmışdır. Borclunun onun icraatında digər işləridə var. Borclunun 10000 manat və 120 manat dövlət rüsumu borcu var. Borclu qeyrisəmimi adamdır, tələbkar tərəf bildirir ki, az-az ödəniş olarsa, müəyyən hissədə güzəşt edər. Borclu onala şifahi olaraq xaricdə maaş yaxşı olduğu üçün işləməyə getmək istəməsini bildirmişdir. Sonda isə məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Tələbkar və borclu məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə görə işdə iştirak edən digər şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ona görə də məhkəmə işə tələbkarın və borclunun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. -İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-184/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada 10.000 (on min) manat məbləğində pul və 120 (yüz iyirmi)manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. -İş materiallarında olan və Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi üzrə icraata başlanmış, həmin tarxdə tələbin könüllü icrası haqqında borculuya böildiriş göndərilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Həmin Məcəllənin 84-1.2-ci maddəsinin tələbinə görə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 cavabdehlər Borclu və X6 qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13.000 manat məbləğində pulun, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 326 manat xidmət haqqının və iddia ərizəsinə görə məhkəməyə ödədiyi 129 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-184/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada 10.000 (on min) manat məbləğində pul və 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı X1 xeyrinə tutulması qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1113/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-184/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada 10.000 (on min) manat məbləğində pul və 120 (yüz iyirmi)manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildriş göndərilmiş, lakin borclu şöbəyə gəlməkdən yayındığından onun barəsində axtarış verilmişdir. Borclu borcun ödənilməsindən yayınmış, şifahi olaraq işmək üçün xarici ölkəyə getmək istəməsini bildirmişdir. Göründüyü kimi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar mövcuddur. Beləliklə, məhkəmə Borclu borcun ödənilməsindən yayındığını nəzərə alıb hesab edir ki, təqdimat təmin edilməli və onun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqunda» Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263 və 268-ci madələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Təqdimat təmin olunsun xx.xx.1982-ci ildə Zəngilan rayonu, Qaragöl kəndində anadan olmuş, Zəngilan rayonu, Qaragöl kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 115-də yerləşən 16 saylı uşaq bağçasında məsqunlaşan Borclu ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Zəngilan Rayon Məhkəməsinə şikayət («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Sədrik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar