Məhkəmə qərarları › İş №8(5-169)-11/2026

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №8(5-169)-11/2026

16.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 8(5-169)-11/2026 16.03.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ X3 Elxan oğlunun sədrliyi, Yusifov Vüsal Rəfayıl oğlunun katibliyi, Tələbkarın nümauəndəsi Nümayəndə Maraqlı şəxs böyük icra məmuru X1 iştirakı ilə Maraqlı şəxs rəisi Ziya Məmmədovun icra sənədinin qaytarılması haqqında xx.xx.2026-cı il tarixli qərarından iş üzrə Tələbkar tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-285/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Zərdab rayonunun Çallı kəndində yerləşən Zərdab rayonu Çallı Bələdiyyəsnin 29 sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə və 29 sentyabr 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsi ilə 50 (əlli) il müddətinə iddiaçı Tələbkar icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 24,7 ha və 28,7 ha (53,4 hektar) icarədə olan torpaq sahələri Tələbkar təhvil verilməlidir. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar Tələbkar tərəfindən dövlət büdcəsinə köçürülmüş 100 manat dövlət rüsumu borcludan alınaraq tələbkara ödənilməlidir. Maraqlı şəxs rəisi Ziya Məmmədovun 11 fevral 2026-cı il tarixli qərarı ilə icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar nümayəndəsi Nümayəndə icra sənədinin qaytarılması haqqında qərardan şikayət verərək, Maraqlı şəxs rəisi Ziya Məmmədovun “İcra sənədinin qaytarılması haqqında” 11 fevral 2026-cı il tarixli qərarı ləğv olunmasını və icra sənədinin yenidən Maraqlı şəxsnə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(035)-285/2025 nömrəli qətnaməsinin icra olunması üçün Maraqlı şəxsnə göndərilməsinə baxmayaraq qətnamənin icrası müxtəlif bəhanələrlə təmin olunmamışdır. İcra və Probasiya Şöbəsinə edilmiş həm rəsmi, həm də şifahi müraciətlərinə heç bir cavab verilməmişdir. Qətnamənin icrasının təmin olunması üçün Maraqlı şəxs qətnamədə onun üzərinə heç bir öhdəlik qoymadığı halda xx.xx.2026-cı il tarixli 101364/2025 nömrəli məktubla 5 gün ərzində 16 saylı Ucar Ərazi İdarəsinə 800 manat pul ödəməyi tələb etmişdir. Qətnamədə belə bir öhdəlik olmadığı üçün Ədliyyə Nazirliyinə və Zərdab Rayon Məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq İcra və Probasiya şöbəsinin rəisi Ziya Məmmədovun 11 fevral 2026-cı il tarixdə əsassız qərar qəbul edərək qətnaməni icra etməkdən imtina etmişdir. Odur ki, qərarın ləğv olunmasını və icra sənədinin yenidən icra şöbəsinə geri qaytarılmasını məhkəmədən xahiş edir Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi Nümayəndə şikayət ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, hazırda icra sənədi geri qaytarıldığı halda qətnamənin icra olunması üçün müəyyən olunmuş dövlət rüsumunu ödəməyə hazırdı. Məhkəmə iclasında iştirak edən Zərdab Rayon İcra Şöbəsinin böyük icra məmuru və Maraqlı şəxs rəisi vəzifələrini müvəqqəti icra edən X2 izahatında bildirmişdir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-285/2025 saylı qətnaməsinin icra olunması məqsədil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi idarəsinə müraciət olunmuş onlarda əraziyə baxış keçirilməsi məqsədilə 800 manat dövlət rüsumunun onların hesabına ödənilməsini tələb etmişdir. Bununla bağlı tələbkara məlumat verilsədə lakin tələbkar pulu ödəməkdən imtina etmişdir. Tələbkar pulu ödəyəcəyi halda məhkəmə qərarı icra olunacaqdır. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs rəisi Ziya Məmmədov tərəfindən qəbul olunmuş 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-285/2025 -011 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 70.4-cü maddəsi ilə geri qaytarılmışdır. İşdə olan AR-İİİ № 474458 saylı etibarnamədən müəyyən olunur ki,Tələbkar Nümayəndə onu məhkəmədə təmsil etmək üçün etibarnamə vermidşdir. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. 70.4-cü maddəsinə görə İcra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin və xüsusi icra məmurunun icraatında olan icra sənədinin tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərdab Rayon Məhkəməsi tərəfindən verilmiş 2(035)-285/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməyə əsasən Zərdab rayonunun Çallı kəndində yerləşən Zərdab rayonu Çallı Bələdiyyəsnin 29 sentyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə və 29 sentyabr 2007-ci il tarixli, 09 saylı icarə müqaviləsi ilə 50 (əlli) il müddətinə iddiaçı Tələbkar icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 24,7 ha və 28,7 ha (53,4 hektar) icarədə olan torpaq sahələri iddiaçı Tələbkar təhvil verilməlidir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi mütəxəssiz tərəfindən müəyyən olunmuş rüsumu ödəməyə hazır olduğunu bildirdiyindən qərar ləğv olunmalı və icra olunması üçün Zərdab Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 2(035)-285/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında Maraqlı şəxs xx.xx.2026-cı il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-285/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında Maraqlı şəxs rəisi Ziya Məmmədovun xx.xx.2026-cı il tarixli qərarı ləğv edilsin. Zərdab Rayon Məhkəməsinin 2(035)-285/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar