Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(5-86)-1/2026 14.01.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 borclunun məcburi gətirilməsi haqqında təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X6 Borclu Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi gətirilməsi barədə təqdimatla Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. X6 təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-559/2025-016 nömrəli, xx.xx.2025-cü il tarixli icra sənədinə əsasən “13” avqust 2025-ci il tarixdən hesablanmaqla, hər ay Borclu 14 oktyabr 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar da, nəzərə alınmaqla bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.45 misli həddində sabit pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmişdir. Borclu bölmədə iltizama imza etməklə, alimentin azaldılması üçün məhkəmə qərarından aidiyyəti qurumlara müraciət edəcəyini bildirmişdir. Lakin, Borclu məsələ ilə bağlı bölməyə heç bir sənəd təqdim etməmişdir. X1 bölməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixə qalıq qalan 515 manat məbləğində aliment borcunun ödənilməsi üçün Borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu xəbərdarlıq edilmiş və o, bölməyə dəvət edilmişdir. Xəbərdarlıq onun anasına çatdırılsa da, borclu çağırışa gəlməmişdir. Belə olan halda borclu barəsində xx.xx.2025-ci il tarixdə məcburi gətirilmə barədə qərar qəbul edilmiş və məlumat üçün tərəflərə göndərilmişdir. Borclu qərarın surətini imza etməklə alsa da, yenə də bölməyə gəlməmişdir. Məlumat üçün bildirir ki, borclunun xx.xx.2026-cı il tarixə qalıq aliment borcu 371.10 manat təşkil edir. İş üzrə Borclu, Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi C.Əsgərliyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 28 noyabr 2025-ci il tarixdə borcluya sonuncu xəbərdarlıq edilmiş, 09 dekabr 2025-ci il tarixdə bölməyə dəvət edilmiş, o, bölməyə gəlməkdən yayınmış, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənədək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Babək Rayon Məhkəməsinin 2(079)-559/2025-016 nömrəli, 13 oktyabr 2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxx 1987-ci il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olmaqla, yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Babək Rayon Məhkəməsinin 2(079)-559/2025-016 nömrəli, 13 oktyabr 2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxx 1987-ci il tarixdə Culfa rayonunun Saltaq kəndində doğulmuş, Culfa rayonunun Saltaq kəndində qeydiyyatda olmaqla, yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Culfa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №8(5-86)-1/2026
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(5-86)-1/2026
14.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver